• 29 Oktyabr 2020

Günəş və Ay

Ayeyi-kərimələrdə hər ikisinin işığı üçün başqa-başqa ifadələrdən istifadə olunur:

Səmada bürclər yaradan, orada bir çıraq (günəş) və nurlu ay vücuda gətirən (Allah) nə qədər (uca, nə qədər) uludur!” ( əl-Furqan, 61)

Günəş üçün işığının mənbəyi öz daxilindən olan ” sirac: çıraq” təşbehi işlındiyi halda ay üçün ” nur: əks edən işıq” ifadəsi zikr olunur.

Bu həqiqət başqa ayələrdə də ifadə edilir:

“Məgər görmürsünüz ki, Allah yeddi göyü qat-qat necə yaratdı?! Orada ayı bir nur, günəşi də bir çıraq etdi”. (Nuh, 15-16)

Ptolomey nəzəriyyəsinə görə dünya mərkəzdə, günəş isə onun ətrafında fırlanır. Çünki dünyadan görünən mənzərə bu idi.

Zamanla bəşəriyyət günəşin dünya ətrafında deyil, dünyanın günəş ətrafında fırlandığını öyrəndi. Lakin bu səfər də günəşin yerində sabit olduğunu zənn etdi. Halbuki günəş də öz oxu ətrafında Samanyolu qalaktikasında yol qət edir. Qurani-Kərim bu həqiqəti belə bəyan edir:

“Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edər”. (Yasin, 38)

“Gecəni və gündüzü də, günəşi və ayı da yaradan Odur. Onların hər biri (özünə məxsus) orbitdə üzür”. (əl- Ənbiya, 33)

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 4 dəfə.

Fərahim Əzizov

Read Previous

QMİ SƏDRİ QAFQAZ XALQLARININ ALİ DİNİ ŞURASININ SƏDRİ SEÇİLDİ

Read Next

DAHA BİR ÖLKƏ HƏCC ZİYARƏTİNİ TƏXİRƏ SALDI