• 19 Aprel 2024

Həccə sənəd qəbulu başlayır

haccSənəd qəbulu may ayının sonlarına kimi davam edəcək.

Azərbaycanda bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu və siyahıya alınmanın vaxtı açıqlanıb.

Sunna.az ANS PRESS-ə istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, sənəd qəbuluna fevralın 20-dən start veriləcək.
Sənəd qəbulu may ayının sonlarına kimi davam edəcək.

Zəvvarlardan sənəd qəbulu üçün passport, şəxsiyyət vəsiqəsinin surəti, 3×4 sm ölçüdə foto və sağlamlıq haqqında arayış tələb olunur.

Həcc ziyarətinin proqramı və qiymətlərin müəyyən edilməsi üçün QMİ-nin əməkdaşları hazırda Səudiyyə Ərəbistanındadır.

Ziyarətlə bağlı Azərbaycan üçün kvota da müəyyənləşəcək. Bildirilib ki, builki qiymətlərin əvvəlki illərə nisbətən baha olacağı gözlənilir.

Bu il də zəvvarlar ziyarətə yalnız təyyarə ilə gedəcəklər. Suriyada baş verən hadisələrlə əlaqədar avtobuslarla səfər nəzərdə tutulmur.

Sənəd qəbulu yalnız QMİ tərəfindən aparılır.

mənbə:

Read Previous

Obama ilk dəfə öldürülən müsəlman gənclərdən danışdı

Read Next

Rusiyada hicaba qadağa qoyuldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.