• 26 Dekabr 2024

Hədislərlə dünya və axirət müqayisəsi

terazi3

مَا الدُّنْيَا فِي الْآخِرَةِ إِلَّا مِثْلُ مَا يَجْعَلُ أَحَدُكُمْ أُصْبُعَهُ فِي اليَمِّ فَلْيَنْظُرْ بِمَ يَرْجِعُ

Axirətə nəzərən dünya sizdən birinin barmağını dənizə salmasına bənzəyir. Həmin adam barmağının nə qədər su ilə geri qayıtdığına baxsın. (Müslim, Cənnət 55)
Əbədi olan axirət həyatı ilə keçici və qısa olan dünya həyatını müqaisə etdiyimiz zaman bu dünyada yaşadığımız ömrün nə qədər qısa və dəyərsiz olduğunu bu hədisi şərif çox gözəl şəkildə açıqlamaqdadır. Axirət həyatı ucsuz-bucaqsız bir dəniz, bu dənizə qarşılıq olaraq dünya həyatı isə həmin dənizə barmağımızı batırdığımız zaman barmağımıza dəyən su qədərdir.
Bu hədisdən öyrənəcəyimiz başqa bir xüsusda dünyada qazanılan bütün mal-mülklər, zənginliklər, vəzifələr və şan-şöhrət hamısı gəldi gedərdi. Bunlara sahib olan bir şəxsin, bunlarla öyünməməsi, qürurlanıb kibirlənməməsi lazımdır. Çünki hamımızın bildiyi kimi bu dünya həyatı daimi deyil, daimi həyat axirət həyatıdır. Bu dünya, axirətin tarlasıdır. İnsan bu dünyada nə əkərsə, axirətdə də onun bəhrəsini görər. Xülasə olaraq deyə bilərik ki, əvvəli və sonu olan bu fani dünya ilə sonu olmayan axirət həyatını müqaisə edərək əsas məqsəd və hədəfimiz əbədi olan axirət həyatını qazanmaq olmalıdır.

لَوْكَانَتِ الدُّنْيَا تَعْدِلُ عِنْدَ اللهِ جَنَاحَ بَعُوضَةٍ مَاسَقَي كَافِرًا مِنْهَا شَرْبَةَ مَاءٍ

Əgər dünyanın Allah qatında ağcaqanadın qanadı qədər qiyməti olsaydı, ondan kafirə bir udum da su verməzdi. (Tirmizi, Zöhd 13, İbn Macə, Zöhd 3)
Allahu-Təala bu dünyanı insanlar üçün bir imtahan yeri olaraq yaratdı. Bu təkcə müsəlmanlar üçün deyil, kafir və müşriklər üçün də eynidir. Dünyanın və içində olan bütün nemətlərin Allah qatında heç bir dəyəri və qiyməti yoxdur. Allahın bunlara ehtiyacı yoxdur. Buna görə də Uca Allah insanların dini mənsubiyyətinə baxmadan müsəlman kafir demədən hər kəsə bu dünyada ruzi verir. Əgər dünyanın Allah qatında bir dəyəri olsaydı, müsəlman olmayan heç kimə heç bir şey verməzdi. Çünki onlar Allaha düşmandırlar.
Allaha inanmayanlar bu dünyadan sonrakı axirət həyatını da qəbul etmədiklərinə görə hər şeyə bu dünyada sahib olmaq istəyirlər və cənnət dediyimiz həyatı bu dünyada yaşayırlar. Peyğəmbər əfəndimiz (səv) başqa bir hədisi şərifində belə buyurmaqdadır:

اَلدُّنْيَا سِجْنُ الْمُؤْمِنِ وَجَنَّةُ الْكَافِرِ

Dünya möminin zindanı, kafirin cənnətidir.( Müslim, Zöhd 1, Tirmizi, Zöhd 16, İbn Macə, Zöhd 3)
Allah-Təala bütün peyğəmbərlərini və onlara varis olan həqiqi alimlərlə Allah dostlarını dünyadan və dünyadakılardan qorumuşdur. Peyğəmbərimiz (səv)-in bildirdiyinə görə, Uca Allah sevdiyi mömin qullarını da dünya və dünyadakılardan qoruyur. (bax. Tirmizi, Tibb 1)
Bu dünya, əbədi olan axirət həyatını qazanma yeridir. Allahu Təala da, bu dünyada xeyirli əməl edənlərlə etməyənləri imtahan etmək üçün həyatı və ölümü yaratmışdır. Bizə düşən vəzifə isə bu imtahan dünyasını Allah və Rəsulunun istədiyi şəkildə yaşamamızdır.

Read Previous

Read Next

Torpağın belə qəbul etmədiyi cəsəd

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.