• 10 Dekabr 2024

Hər gün öz-özümüzə bu sualları soruşmalıyıq

sormamiz_gerekenlerHər gecə insan, başa vurduğu günün hesabatını aparmalı və öz-özünə bu sualları soruşmalıdır.
1.
Bu səhər həyat dəftərini necə açdın? Sənə yeni bir gün bəxş edən Rəbbinə şükür etdinmi?
2.
Uca Allahın səni istiğfara dəvət etdiyi səhər vaxtında, Onu zikretməyə qalxa bildinmi? Səhər vaxtlarında tüğyan edən ilahi rəhmət və məğfirətdən nə qədər nəsiblənə bildin? Yoxsa o xüsusi dəmləri, yuxuyla zay mi etdin?
3.
Səhər vaxtının feyzini bütün gününə daşıyabildin mi? Bu gün, həyatın nə qədər zikrullah iqlimində keçdi? Nə qədər Rəbbini xatırlayabilməyin ruhaniyyəti içində oldun?
4.
Bu gün, ləzzətləri yox edən ölümü təfəkkür etdin mi?
5.
Bu gün həyatın dağdağasından sıyrılıb nə qədər təfəkkür dərinliyi yaşaya bildin? Qarşılaşdığın ilahi qüdrət və əzəmət naxışları, könlündə nə qədər bir təfəkkür meydana gətirdi?
6.
Minarələrdən yüksələn ilahi dəvətə qulaq verib neçə vaxt namazını camaatla qılabildin? Namazlarını Haqqın istədiyi səviyyədə, yəni huşu içində, ürək və bədən ahəngiylə əda edə bildinmi?
7.
Bu gün qazancının, yediyinin, içdiyinin, geydiyinin halal mi, şübhəli mi, haram mı olduğuna diqqət etdinmi? Haramlardan çəkinmə duyğusu hər davranışında səninlə birlikdə oldu mu?
8.
Bu gün qul haqqına diqqət etdinmi? “Üzərimə heç bir qul haqqı keçmədi, kimsəni incitmədim.” deyə bilərsənmi?
9.
Bu gün məxluqata Yaradanın şəfqət, mərhəmət və məhəbbət nəzəri ilə baxabildinmi?
10.
Qapındaki pişiyin və itin haqqına diqqət etdinmi? Pişiyini ac buraxaraq ölümünə səbəb olan bir adamın ilahi əzaba, susuz bir itə su verən bir adamın isə ilahi əfvə nail olduğunu təfəkkür edərək, məxluqata mərhəmətlə rəftar etdinmi?
11.
Bu gün ananın, atanın, qohumlarının halını xatirini soruşub könüllərini şad etdin mi? Əgər onlar axirətə köçüblərsə, ruhları üçün bir Fatihə oxuyub göndərə bildinmi?
12.
Bu gün ailə yuvanı könül gözüylə seyr edib, oranın cənnət bağçası olduğu idrakı ilə, küçələrin, internetin mənfi təsirlərindən özünü və uşağını qoruya bildinmi?
13.
Əgər evin xanımı isən, ərini gülər üz və məhəbbətlə yola salıb, halal ruzi qazanması üçün dua etdinmi? Axşam yenə onu təbəssüm və şirin dillə qarşılayıb yorğunluğunu aradan qaldırmağa, sadə və nümunəvi bir ailə olmağa çalışdınmı?
14.
Əgər evinin bəyi isən, xanımına və övladlarına qarşı nə qədər şəfqət və mərhəmətli rəftar etdin? Sənin onlara verəbiləcəyin ən böyük mirasın, axirət mirası olduğunu düşünüb onlara qazandıra biləcəyin dünya və axirət səadəti üçün, yəni onların ruhani və mənəvi abı havası üçün nə qədər səy göstərəbildin?
15.
Allahın sənə əmanət olaraq ehsan etdiyi övladlarına, bu gün tərbiyə və ədəb olaraq nə öyrətdin? Allah və Rəsulunun eşqini, ənbiya və övliyanın sevgisini onların könüllərinə aşılayabildinmi?
16.
Gələcəkdə səni təmsil edəcək, sənin davam edən bir parçan olacaq övladlarına İslam şəxsiyyəti qazandırabilmək üçün bu gün nələr etdin?
17.
Onların qiyamət günü, sənin üzünü ağ etməsi üçün bu gün nə etdin?
18.
Övladlarına dininin, imanının, vətəninin bir əmanət olduğu şüurunu verə bildinmi? Bu cənnət vətəni bizlərə hədiyyə edən əcdadını və bu uğurda canlarını fəda edən şəhidlərini, onların iman həyəcanlarını onlara xatırladabildinmi? Allahın ən böyük neməti olan Quranın, səmalarımızda sədalanan Azanların və azad bir şəkildə dalğalanan bayrağımızın ən böyük şərəf və qürurumuz olduğunu idrak ettirəbildinmi?
19.
Övladının dünyəvi təhsili üçün illərcə əmək, zaman və xərc sərf edirsən, bəs onun axirət təhsili üçün nə etdin? Övladına axirət xoşbəxtliyini təhsil etdirmək üçün, onu yaz mövsümündə bir-iki ay məscidə göndərməyi kafi gördünmü?
20.
Bu gün hidayətə möhtac insanlara dilinlə, davranışınla və qəlbinlə nə qədər kömək edə bildin? Onlara əmr-i bil-maruf və nəhyi-anil-münkərdə olmaları üçün dua etdin mi? Onlara davranışlarınla bir «müsəlman şəxsiyyəti» sərgiləyəbildinmi?
21.
Bu gün seldə üzən kötüklər kimi nəsillər itərkən, başda ailə üzvlərin olmaqla, məsul olduğun insanları dövrün fitnə və şərrindən mühafizə etmək üçün hansı tədbirləri aldın?
22.
Bir uşağın, yaxud bir gəncin əlindən tutub məscidə aparabildinmi? Bir neçə gənci ətrafına yığıb, maddi-mənəvi ikram edərək onlara haqq və həqiqəti sevdirməyə çalışdınmı? Allah üçün sevdiyin bir adama hədiyyə olaraq nə verdin?
23.Bu gün Allahın sənə lütf etdiyi nemətləri kimlərlə və nə qədər paylaşabildin? Bu gün infaq əhli olabildin mi?
24.
Bu gün bir mömini sevindirmənin həzzini dadabildin mi?
25.
Bu gün bir yetim başı oxşadınmı?
26.
Bu gün bir xəstə ziyarətində və ya cənazə mərasimində iştirak etdinmi?
27.
Bu gün qonşularınla ​​və ətrafındakı möhtaçlarla maraqlandınmı? Aç yatan qonşunun, soyuqda titrəyən gəriblərin izdirabı ürəyini sızlatdımı?
28.
Bu gün məmləkətimizə sığınan qaçqın və didərginlərlə imkanlarını paylaşaraq, ənsar ilə arandaki məsafəni düşünəbildinmi? Ənsar olma yolunda məsafə qətedəbildinmi?
29.
Bu gün dünyanın digər ucunda da olsa ümməti Məhəmmədin dərdiylə dərtləndinmi? Məzlumların çəkdikləri əzab əziyyətə görə iztdrab hiss etdinmi?
30.
Bu gün acların doyması, xəstələrin şəfa tapması, borc altında əzilənlərin qurtuluşa çıxması üçün səy göstərib, onlar üçün dua etdin mi?
31.
Bu gün, tanıdığın tanımadığın hər kəsə Allah üçün salam verdinmi? Təbəssümü sədəqə bilib, insanları təbəssümlü bir çöhrə ilə qarşılayabildin mi?
32.
Bu gün sənə sərt və kobud davranan, pislik edən bir adama yaxşılıqla cavabverib, onu affedəbildinmi?
33.
Bu gün heç dost qazana bildinmi? Neçə dostunla dostluğunu təzələdin?
34.
Bu gün bir Allah dostu və ya saleh insanlarla birlikdə olmağa cəhd etdinmi? Sənə (nefsinin xoşuna gəlməsə belə) Haqq rizası üçün daim doğruları söyləyəcək saleh və sadiq bir dost əldə etdinmi? Fasiq və facirlərlə birlikdə olmaqdan  narahatlıq hissi keçirdinmi?
35.
Bu gün yoldan, insanlara əza verəcək bir şeyi kənara çəkdinmi?
36.
Bu gün faydalı elmini artıran, mədəniyyətini inkişaf etdirən hər hansı bir xidmət və ya fəaliyyət içində oldunmu?
Dini söhbətlər könüllər üçün bir rəhmət dəryasıdır.
O dəryadan qəlbinə və ruhuna çarə olan, feyzini artıracaq mənəvi bulaqlar çəkə bildinmi?
37.
Allahın ən böyük neməti olan Qurani Kərimdən bu gün neçə səhifə oxudun? Orada sənə verilən mesajları təfəkkür edərək lazımınca əməl etdin mi? Ən xeyirlilərdən olmaq üçün, Quranı öyrətdin, Quran xidmətinə kömək edənlərdən oldun mu?
38.
Bu gün, həyatına sızan pis vərdişlərə qarşı qoyma iradəsini göstərəbildinmi?
39.
Bu gün dilini, boş və lağ-lağalı danışıqlardan, yalan və dedi-qodudan, qeybət və münaqişədən, bir könülə tikan batırmaqdan mühafizə edə bildinmi?
40.
Bu gün həyat dəftərini necə bağladın? Əməl dəftərinin bu günə aid səhifələrinə nələr yazıldı? İlahi hesab günündə bugünkü səhifənin hesabını verə biləcəksənmi?
Xülasə, bu gün, daimi bir həyat kasetinin doldurulmaqda olduğunu, hər hal və hərəkətinin ilahi bir kamera ilə müşahidə edildiyini heç düşündünmü? Keçirdiyin son iyirmi dörd saatın hesabatını götür-qoy edərək nəfsinlə hesaplaşdınmı?
“Hesaba çəkilmədən əvvəl özünüzü hesaba çəkin!” Fərmanını yerinə yetirdinmi?
“Ölmədən əvvəl ölün!” İfadəsindəki həqiqət və hikməti yaşadınmı? Yəni nəfsani arzularından xilas olub ruhani istedadını inkişaf etdirdi mi?
Biz bu gün bütün bunların hesabını etsək də etməsək də, axirətdə qarşımıza çıxacaq suallardır. Cənabi Haqq, hesaba çəkilmədən əvvəl nəfsini hesaba çəkəbilənlərdən etsin.

Mənbə:islamveihsan.com

Read Previous

Üçüncü yol

Read Next

Mart 2016

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.