• 19 Aprel 2024

HƏZRƏT ÖMƏRİN NİL ÇAYINA ƏMRİ

Hz. Ömərin (r.a.) xəlifəliyi dövründə Misir fəth edilmişdi. Amr bin As (r.a.) da Misirə vali olaraq təyin edilmişdi. Bir gün Misir xalqı Amr bin Asa (r.a.) gələrək, Nil çayının bir adəti var, bu yerinə yetirilməzsə suyu çəkilər, dedilər. O adət hansıdır deyə soruşdu. Xalq, içində olduğumuz bu aydan on iki gün keçdikdən sonra, bir qız tapıb, anasını atasını mal və pul verərək razı edirik. O qızı gözəl geyindirir və qır-qızılla bəzəyir, Nil çayına atırıq, dedilər. Amr bin As (r.a.) bunları eşidəndə, İslamiyyətə görə belə iş olmaz, İslamiyyət çirkin adətləri qadağan edir deyərək qəbul etmədi. Üç ay sonra Nil çayının suyu kəsildi. Misir xalqı yurdlarından köçməyə başladı.

Amr b. As (r.a.) bu halı görüb, bir məktub yazaraq vəziyyəti Həzrət Ömərə (r.a.) bildirdi. Hz. Ömər (r.a.) məktubu oxudu və cavab yazdı:

“Onların adətlərini yərinə yetirməməklə düz iş görmüsən. Məktubumun içinə bir parça kağız qoymuşam. O kağızı Nil çayına tulla”.

Amr bin Asa (r.a.) bu məktub çatdı. Məktubun içindəki kağızda belə yazılmışdı:

“Allahın qulu Ömər bin Xəttabdan Misirin Nil çayına. Əgər bundan əvvəl öz-özünə axdığını zənn edirsənsə, axma! Əyər səni vahid və qahhar olan Allahu Təala axıdırsa, Vahid və Qahhar olan Allahu Təaladan səni axıtması üçün dua edirəm, axıtmağını diləyirəm.”

Amr bin As (r.a.) o kağızı Nil çayına tulladı. Ertəsi günü səhər tezdən, Nil çayının suyu on altı ərşin (75cm) yüksələrək axmağa başladı. Ondan sonra bir də əvvəlki kimi suyu heç kəsilmədi. Xalq sevinç içərisində idi. Çünki həm Nil çayının suyu yüksələrək əvvəlki kimi axmağa başladı, həm də batil bir adət ortadan qalxmışdı. Artıq Misir xalqı övladlarını Nil çayına görə qurban verməyəcəkdilər.

İbni Kesir, 4: 464.

Read Previous

Şəkidə uşaq, yeniyetmə və gənclərlə bağlı tədbir keçirildi

Read Next

Avqust 2019

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.