• 26 Dekabr 2024

Hacerul-Əsvəd (Qara daş)-ın xüsusiyyəti və tarixi.

imagesRənginin qara olması səbəbiylə Hacerül-Esved (Qara Daş) deyə adlandırılan bu mübarək daş, Kəbənin Şərq küncündə olub, yerdən bir yarım metr yüksəklikdə, qapıya yaxın bir yerdə yerləşdirilmişdir. Üç böyük və bir neçə dənə də kiçik parçadan müteşekkildir. Ətrafı gümüş bir halqa ilə çevrilidir. Bir başqa adı, Ruhul-Esved’dir.

Bu mübarək daş, səmavi bir daş olub, Hz. İbrahimə (ə.s.) Hz. Cəbrayıl tərəfindən gətirilmişdir. Kəbə divarına yerləşdirilmədən əvvəl, Əbu Kubeys Dağında mühafizə edilməkdə idi. Bir rəvayətə görə, Kainatın Sərvəri, Peyğəmbər Əfəndimizin, “Mən, peyğəmbər göndərilmədən əvvəl, Məkkədə mənə salam verən daşı, hələ bilir və tanıyıram” ifadələrinin işarə etdiyi daş, bu Hacerül-Esved’dir.

Bir gün, bu daşa yaxınlaşıb öpən Hz. Ömər, belə demişdi:

“Çox yaxşı bilərəm ki, sən zərəri və mənfəəti olmayan bir daş parçasısan. Əgər Rəsulullahın səni öpdüyünü görməsəydim, əsla səni öpməzdim.”

Hacərul-Əsvəd Cənnətdən gəldi?

Kəbə qapısının sol tərəfində yerləşən və təvaf başlanğıcı olaraq qəbul edilən Hacərul-Əsvəd’in Cənnətdən gətirildiyi haqqında səhih hədislər mövcuddur.

Süneni Tirmizidə İbni Abbasdan rəvayət edilən hədisin tərcüməsi belədir:

“Hacərul-Əsvəd Cənnətdən endirildi. Süddən daha ağ idi, lakin onu Adəmoğlunun səhvləri qaraltdı. ” (1)

Müsneddəki rəvayət də belədir:

“Hacərul-Əsvəd Cənnətdən gəlmişdir. Qardan daha ağ idi. Lakin onu müşriklərin səhvləri qaraltdı. ” (2)

Bəli, Hacərul-Əsvəd’in Cənnətdən gəldiyi qətidir. Ancaq bu xüsus Hz. İbrahimin Kəbəni inşa edərkən bu daşı Əbu Kubeys Dağından gətirməsiylə necə uzlaşa bilər?

Bu Barədə Kəbə və Məkkə Tarixi adlı əsərdə bu məlumatlara yer verilir:

Hz. Adəm Cənnətdən yer üzünə endirildiyində Cənabı Haqq mələklər vasitəsiylə ona bir Cənnət çadırı göndərdi. Hacərul-Əsvəd də bu çadırın içində idi və ağ bir yaqut idi.

Hz. İbrahim, oğulu Hz. İsmayılla birlikdə Kəbəni tikərkən təvaf başlanğıcı olaraq oğlu İsmayıldan bir daş istədi. Hz. İsmayıl daşı axtarışa getdi, lakin boş döndü. Bu sırada Hz. Cəbrayıl, Hz. İbrahimə bir daş gətirdi. Nuh Tufanında Kəbə də sular altında qalınca Cənabı Haqq Hacərul-Əsvəd’i Əbu Kubeys dağına əmanət etmiş və “Mənim dostumu Kəbəni tikərkən gördüyün zaman bu daşı ona çıxar” buyurmuş idi. Hz. Cəbrayılın gətirdiyi bu daş dümağ idi. Lakin daha sonra hədisdə keçdiyi kimi, müşriklərin əllərini sürməsiylə; bəzi rəvayətlərdə də zamanla çıxan yanğınlar nəticəsində qaralmışdır. (3)

Hacərul-Əsvəd’in qaralması məsələsini yuxarıda tərcüməsini verdiyimiz hədisi şərifin izahında Tirmizi şarihi əl-Ahvezi bunları söyləyir:

“Əsas olan hədisin zahiri mənası olmaqla birlikdə, bəzi Hənəfi alimləri belə demişlər: Bu hədisdə mübaliğə ehtimalı vardır. Hədisdə Peyğəmbərimiz (s.əv.) Hacərul-Əsvəd’in şərəf və qiymətini izah edərkən, işlənən günah və səhvlərin də çirkinliyinə diqqət çəkmişdir. Bir hədisdə də bildirildiyinə görə, insan bir günah işlədiyi zaman ürəyində qara bir nöqtə meydana gəlir.”

Bu məsələdə belə bir suala da cavab verilməkdədir: “Onu müşriklərin səhvləri qaraltdı da, niyə möminlərin imanı və ibadəti təkrar ağartmadı?”

İbni Kuteybenin cavabı belədir: “Cənabı Haqq diləsəydi edərdi, lakin Cənabı Haqqın yer üzünə qoyduğu adətlərdən biri də, bir şey qaralınca təkrar ağarmamağıdır.”

Əl-Muhib ət-Taberi də belə deyir: “Onun qara olaraq qalmasının səbəbi bir ibrət olmasıdır. Yəni işlənən günahlar Cənnətdən gələn bir daşı qaraltsa, görəsən insanın ürəyini nə hala soxar?”

İbni Abbasın izahı da bu şəkildədir: “Cənabı Haqqın onu qaraltmasının səbəbi, dünya əhlinin Cənnət zinətinə baxmamaları üçündür. ” (4)

Daşın Hacərul-Əsvəd olaraq adlandırılması isə Kəbənin divarına qoyulub insanların əlini sürməsindəndir. Çünki daha əvvəl Cənnətdən endiyində ağ bir yaqut idi.

1. Tirmizi, Həcc: 49.

2. əl-Fethü’r-Rabbani, 12:26.

3. Əbul Uşaq əl-Ezraki. Kəbə və Məkkə Tirihi, s. 36-54.

4. Tuhfetü’l-Ahvezi, 3:617.

mənbə:suallarlaislam.com

Read Previous

Həccdə şeytan daşlamanın hikməti nədir?

Read Next

Həcclə əlaqədar tez-tez soruşulan suallar.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.