• 28 Mart 2024

Hafizlik Bağından Bir “GÜL” Daha

memmedovislam      Azərbaycanın mənəvi gül bağçalarından – İslam Mənəviyyat ocaqlarından biri olan Şəki İslam Mədrəsəsində (ŞİM) bir gül daha yetişdi. 1992-ci ildən bəri fəaliyyətdə olan bu mədrəsədə günümüzə qədər yetişən hafizlərin sayına bir nəfər daha əlavə olundu. Bu, Ağdaş rayon Abad kənd sakini olan Məmmədov İslam İsmayıl oğludur. 1999-cu ildə anadan olan İslam ömrünü dinimizə uyğun şəkildə yaşamağa səy göstərmişdir. 2011-ci ildə mədrəsəyə daxil olan İslam təməl dini elmlərə sahib olduqdan sonra yəni  2012-ci ildə hafizliyə başlamış, 2013-cü il Noyabr ayının 7-də müvəffəqiyyətlə hafizliyini bitirmişdir.

Qeyd edək ki, hafizin müəllimi 2012-ci ildə yeni vəzifəyə başlamış Hafiz Elşad Şahmurovdur. Və bu hafiz müəllimin yetişdirdiyi ilk hafizdir.

Hafiz Məmmədov İslamı Şəki İslam Mədrəsəsi kollektivi adından təbrik edir, həyat boyu müvəffəqiyyətlər arzulayırıq.

DSC08637

Read Previous

Məhərrəm ayına xas olan bir namaz və ya oruc ibadəti varmı?

Read Next

Ayasofya xəritədə kilsə olaraq göstərildi.

2 Comments

  • xeyirli mubarək olsun. Allahu təala əməl etməyi nəsib etsin İslam qardaşımıza.

  • Maşallah. Allah mübarək etsin. Rəbbim hafiz olaraq yaşamagı, hafiz olaraq ölməyi, Hafiz olaraq dirilməyi nəsib eyləsin.Valideyinlərini təbrik edirik. Afərin İslam.

Leave a Reply to Calal Cancel reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.