• 03 Oktyabr 2024

Hz. Osman (ra)-ın comərdliyi

deveHəzrəti Əbu Bəkr (radiyallahu anh)-ın xəlifəliyi dövründə böyük bir qıtlıq meydana gəlmişdir. Həmin bu qıtlıq vaxtında Həzrəti Osman (ra)-ın Şamdan yüz dəvə yükü buğda karvanı gəldi. Karvanı görənlər, buğda almaq üçün tez karvanın yanına qaçdılar. Hətta bir dirhəmlik buğda üçün yeddi dirhəm təklif etdilər. Həzrəti Osman (radiyallahu anh) isə:
“Xeyr! Sizdən daha çox verən var, ona satacağam. “Dedi.
Əshabı kiram, qəmli bir şəkildə ayrılıb vəziyyəti xəlifəyə şikayət etdilər. Həzrəti Əbu Bəkr (radiyallahu anh), bu hadissədəki incəliyi sezərək:
“-Osman Haqqında pis düşüncələrə qapılmayın! O, Rəsulullahın kürəkəni və Məva Cənnətində yoldaşıdır. Hər halda siz onun sözünü səhv anladınız.” Dedi. Sonra isə bərabərcə Həzrəti Osman yanına getdilər. Həzrəti Əbu Bəkir:
“Ya Osman! Əshab kiram sənin bir sözünə görə səndən incimişdir.” Deyincə Həzrəti Osman:
“Bəli, Ey Rəsulullahın xəlifəsi! Bunlar birə yeddi verir, halbuki Allahu təala, birə yeddi yüz verir. Biz buğdanı birə yeddi yüz verənə satdıq.” Buyurdu.
Sonra da yüz dəvə yükü buğdanı Allah rizası üçün Mədinə kasıblarına infaq etdi. yüz dəvəni də qurban kəsdi.
Belə bir Səxavət günəşi olan Həzrəti Osman (radiyallahu anh), ümmətin məsuliyətini çiyinlərinə alaraq xəlifə olduğunda isə şəhid edilərək canıyla da Cənnəti satın alan bəxtiyarlardan oldu.

Comərdlik və həya abidəsi o mübarək səhabə, Mədinəyə hicrət edincə müsəlmanların sudan əziyyət çəkdiklərini görmüşdü. Mədinədəki bütün quyuların suyu acı idi. Yalnız bir yəhudiyə aid olan Rume quyusunun suyu şirin idi. Yəhudi, bu quyunun suyunu sataraq dolanırdı. Rəsulullah (səllallahu əleyhi və səlləm) Əfəndimizin işarəsi istəyi ilə bu quyunu baha qiymətə satın aldı. Peyğəmbər Əfəndimiz (səllallahu əleyhi və səlləm):
“-İnsanların Ondan su içmələri üçün (quyunu) vəqf edərsənmi?” Deyə soruşduqda, Həzrəti Osman (radiyallahu anh) heç tərəddüd etmədən bu quyunu vəqf etdi. Böyük bir fəzilət daha sərgiləyərək, özünün satın alıb vəqf etdiyi bu quyudan su ala bilmək üçün, hər kəslə birlikdə növbəyə dayandı. Rəvayətə görə Həzrəti Osmanın bu bənzərsiz fədakarlığı üzərinə bu ayələr nazil oldu:
“Ey hüzura qovuşmuş nəfs! Sən Ondan razı, O da səndən razı olaraq Rəbbinə dön! (Saleh) qullarımın arasına qoşul və Cənnətimə gir. “(Əl-Fəcr, 27-30)
İslam sürətlə yayılıb Mədinəyə gələnlər çoxalınca Məscidi Nəbəvi müsəlmanlara dar gəlməyə başlamış və məscidin genişləndirilməsi zərurəti meydana gəlmişdi. Yenə Əfəndimiz (səv)-in bir işarəsiylə Həzrəti Osman (radiyallahu anh) bu xidməti də üzərinə götürmüşdü. Bunun üzərinə də bu ayət kərimə nazil oldu:
Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!” (Ət-Tövbə, 18)
Yenə bu mübarək səhabə, müsəlmanların minəcək bir dəvə tapa bilmədikləri, bir dəvəyə ancaq üç adamın növbəli minmək məcburiyyətində qaldıqları Təbuk səfərinə də tək başına 300 dəvəni tam təchizatlı bir şəkildə hazırlayaraq orduya bağışladı.

Mənbə:islamveihsan.com

Read Previous

Namaz qılarkən nələrə diqqət etməliyik?

Read Next

Yox deməyi bacarmaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.