• 23 Dekabr 2024

Namaz qılarkən nələrə diqqət etməliyik?

namaza diqqetRəsulullah (səllallahu əleyhi və səlləm) əfəndimiz, namaz mövzusunda çox həssas davranan Abdullah bin Rəvaha Həzrətlərini “Qardaşım” xitabıyla səsləyərək belə öymüşdür:
“Allah, qardaşım Abdullah bin Rəvahaya rəhmət etsin! Namaz vaxtı girən kimi, harada olur olsun dərhal namazını qılır. “(Heysəmi, IX, 316)
Cərir bin Abdullah ra izah edir:
Bir gecə Rəsuli Əkrəm əfəndimizlə birlikdə otururduq. Səmada bədirlənmiş aya baxaraq bunları söylədi:
“-Bu bədrilənmiş ayı bir-birinizi itələmədən rahatca necə görürsünüzsə, Rəbbinizi də elə rahatca görəcəksiniz. Bundan sonra günəşin doğmasından və batmasından əvvəlki bütün namazları qıla bilmək üçün əlinizdən gələn səyi göstərin.”
Sonra da bu ayəti kəriməni oxudu:
(Ya Rəsulum! Elədə Məkkə müşriklərinin) dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şəninə təriflər de (sübh və əsr namazlarını qıl), gecənin bir vədəsində (axşam və gecə saatlarında) və günorta radələrində də Rəbbini öyüb təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun müqabilində Allahın səni böyük savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün şəfaətə nail etməsindən) razı (xoşhal) olasan!”(Taha, 130) (Buxari, Mevakit 16, 26, Təfsir 50/1, Tövhid 24; Müslim, Məsacid 211)
Demək ki Uca Rəbbimizi görə bilmək üçün ən böyük vəsilə, fərz namazlarına göstərilən ciddilikdir. Edilən hər ibadət, sanki cənnətə girə bilməyimiz üçün bir viza kimi görülməli və bu ülvi ruh həyəcanı içində etina ilə ifa edilməlidir. Həzrəti Peyğəmbər (səllallahu əleyhi və səlləm) əfəndimiz belə buyurur:
“Bir kimsə, rüku və səcdəsini tam yerinə yetirərək namazı gözəl bir şəkildə əda edərsə qıldığı həmin namaz o adama:
“Məni mühafizə etdiyin kimi Allah da səni mühafizə etsin!” Deyər.                                                                                        Bir kimsə
rüku və səcdəsini tam olaraq etməz, namazını gözəlcə əda etməzsə həmin qıldığı namaz ona:
“Məni məhv etdiyin kimi Allah da səni məhv etsin!” Deyər. Həmin namaz o adamın üzünə vurular.”
Ayəti kərimədə buyurulur: “Vay halına o namaz qılanların ki, onlar namazlarını ciddiyə almazlar. (Qəflətlə qılarlar.) “(Əl-Maun, 4-5)
Təmbəllik edərək namazı son vaxtına qədər gecikdirmək və könülsüz bir şəkildə qalxaraq sadəcə fərzini qıılmaq, Allah mühafizə etsin, insanı münafiqliyə aparan pis bir xüsusiyyətdir.
Ala bin Əbdürrəhman belə nəql edir:
“Günortadan sonra Ənəs bin Malikin yanına getmişdik. Ənəs, biz çatanda tez qalxaraq ikindi namazını qıldı. Namazını bitirdikdən sonra ona namazı erkən qıldığını söylədik. O da nə üçün belə erkən qıldığını izah edərək belə dedi:
Rəsulullah (səllallahu əleyhi və səlləm)-in belə buyurduğunu eşitdim:
“O münafiqlərin namazıdır! O münafiqlərin namazıdır! O münafiqlərin namazıdır! Onlardan biri oturar, oturar, tam günəş saralıb batmağa üz tutanda, şeytanın iki buynuzu arasına girincə qalxar, quşun yem toplaması kimi sürətlicə dörd dəfə oturub duranr, namazda Allahı da çox az zikr edər.” (Muvatta , Quran-ı Kərim, 46; Müslim, Məsacid, 95)
Həzrəti Ömər (radiyallahu anh), valilərinə belə nəsihət etmişdir:
“Mənim hüzurumda ən mühüm işiniz namazdır. Kim onu ​​qoruyub vaxtlarına diqqət etsə, dinini qorumuş olar, kim də onu yerinə yetirməyib itirərsə, dinini də qısa zamanda itirər. “(Muvatta, Vukûtu’s-Salat, 6)

Mənbə:islamveihsan.com

Read Previous

Namazı tərkedənin İslamdan nəsibi yoxdur

Read Next

Hz. Osman (ra)-ın comərdliyi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.