• 29 Mart 2024

İkinci xanımla gələbiləcək dərdlər

evlilikDinimizin, birdən çox evliliyə icazə verməsinin səbəb və hikmətləri, əlbəttə çox əhatəli bir mövzudur. Bizim məqsədimiz, bu mövzuda mütləq üzərində dayanılması lazım olan müəyyən bəzi xüsuslara diqqət çəkmək və ən çox yol verilən səhvlərin üzərində durmaqdır.
Bir tərəfdən, cəmiyyətimizdə getdikcə sürətlənən “əxlaqi çöküş”, fikrində “Allaha hesab vermə” ya da şeytanın addımlarını təqib edən kəsləri, qeyri-ciddi əlaqələrə təşviq edib, neçə ailələri tarümar etməkdədir. Digər tərəfdən, çevrəsi tərəfindən “dindar” olaraq tanınan bəzi bəyəfəndilər isə, xüsusilə maddi rifah səviyyəsi orta səviyyənin üstünə çıxdığında ikinci bir xanımla evlənmək yolunu seçməkdədir.
Bu vəziyyət, birinci xanımla olan evliliyinin məsuliyyəti, hüzur və xoşbəxtliyi az qala gözdən çıxarılaraq edildiyində, evlərə qara buludlar çökür. Uşaq sahibi ola bilməmə ya da evliliyin səhhətinə mane ciddi bir narahatlıq söz mövzusu olmadığı halda edilən bu ikinci evliliklərdən bəhs edirəm, əlbəttə.
Məşhur İslam hüquqçusu prof. Dr. Hayrettin Karaman, “ikinci xanım” məsələsini, təxminən altı il əvvəl çox köklü bir məqaləylə yekunlaşdırmışdır. Məşhur hüquqşunasın fiqh sahəsində söz sahibi olması səbəbiylə bu məqalə xüsusi bir əhəmiyyət kəsb etməkdədir. Buna görə bəhsedilən yazının eynilə nəqledilməsinin faydalı olacağını düşünürəm.
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, birdən çox qadınla evlənmiş kişilərin ədalətsizliyi, qadınlar arasındakı söz-söhbətlər, belə ailələrin evlərinin cəhənnəmə çevrilməsi, insanlar arasındakı gözəl əlaqələrin çirkinləşməsi, qaçınılmaz bir həqiqətdir. Ancaq bu çirkinliklərin və pisliklərin səbəbkarı, şəriət deyil, onu tətbiq edən (daha doğrusu tətbiq etməyən) müsəlmanlardır.
Bəşəri sistemlər, köklü dəyişikliklərə məruz qalaraq məqsədə uyğun hala gətirilərlər. İslamda köklü dəyişmədən söz gedə bilməz. Onda dəyişməz qaydalar vardır, ancaq hansı qayda olursa olsun tətbiq edildiyində təbii olmayan bir mənfi nəticə doğurursa, tətbiqi dayandırma imkanı da mövcuddur. Bu cümlədən olaraq bir izindən, sərbəst buraxmadan ibarət olan çox qadınlı evlilik, ümumiyyətlə sui-istifadə və mənfi nəticələr doğurduğu halda buna İslami rəhbərlik tərəfindən qadağalar qoyula bilər. Bu, şəriəti dəyişdirmək mənasına gəlməz. Bu, eynilə şərtlərini yerinə gətirə biilməməkdən qorxan fərdin, tək qadınla evli qalmağı üstün tutmasına bənzəyər.
İndiki vaxtda bizdə və bizə bənzər cəmiyyətlərdə tək qadınla evlilik, ənənə və adət halına gəldiyi üçün, bir kimsənin ikinci bir xanımla evlənməsi, birinci qadını, ondan olan uşaqları və onların çevrələrini, başqa çağ və cəmiyyətlərdən daha çox təsirləndirməkdə, əziyyət verib, pərişan və xəstə hala gətirməkdədir. Bir möminin, insanları bu qədər kədərə və günaha soxacaq bir davranışda ola bilməsi üçün, zövqdən başqa səbəbləri olmalıdır.
Sırf öz nəfsini rahatlatmaq üçün ikinci evlilik edənlər, ümumiyyətlə bunu gizli etdikləri üçün hər gün bir çox yalan söyləmək vəziyyətində qalırlar.                                                                                                                                               Birinci həyat yoldaşı boşanma istəyir, qadınlıq vəzifələrini yerinə yetirməkdə çətinlik çəkir, pis sözlər söyləyir, ərindən küsür, ağlayır, xəstələnir.
İki xanım arasındakı münasibətlər, günü-gündən çətinləşir, arada qısqanclıqlar, davalar, böhtanlar, küskünlük qaçınılmaz olur.
Bütün bunlar İslamda qadağandır. Şərtlərə bağlı olaraq icazə verilmiş, haqqında fərz, vacib, müstəhəb deyilməmiş, hər hansı bir əməli, (hastalık, çatışmazlıq, övladsızlıq kimi bir ciddi səbəb olmadan) sırf əyləncə üçün edənlər qaçınılmaz olaraq bu günahlara girəcəklərdir.
Bəli, bu səbəblədir ki, Peyğəmbərimiz (səllallahu əleyhi və səlləm), qızı Fatimənin üzərinə ikinci dəfə evlənmək istəyən Həzrəti Əlinin bu tələbinə qarşı çıxmış, məsciddə sərt bir çıxış etmiş, bunun Həzrəti Fatiməni üzəcəyini, günaha soxabiləcəyini ailənin dinclik və xoşbəxtliyini kölgələyəcəyini düşündüyü üçün:
“-Əli, Həyat yoldaşı Fatiməni boşamadıqça üzərinə o qadını ala bilməz!” demişdir. Əziz kürəkəni Hz. Əli də, yoldaşını və qayınatasını incitməmək, ailə xoşbəxtliyinə kölgə salmamaq üçün bu təşəbbüsündən imtina etmişdir. (Buxari, Nikah, 109; Əbu Davud, Nikah, 13; Avnul-Məbud, VI, 76-81)
Ortada bir zərurət yox ikən üzərinə ikinci xanım gətirilmək istənən hər qadın, bu mövzuda bir “Fatimədir”, “Hamımız Fatımayıq!” Demə haqqına sahibdirlər. Həzrəti Fatiməni şəfqətli və sevgili atası necə qorumuş, ona sahib çıxmış isə, bu gün biz də ümumiyyətlə kişilər, alimlər və idarəçilər olaraq qadınlarımızı elə qorumaq məcburiyyətindəyik. Onlar necə ki, nəfslərinə hakim olaraq ərlərinə sadiq qalırlarsa, ərləri da onlara sadiq qalmalı, sırf zövqlərini təmin üçün onları məhvetməkdən çəkinməlidirlər. “(Hayreddin Karaman, 16.09.2010-ci il tarixli məqalə, baxın: http://www.hayrettinkaraman.net/makale/0630. htm)

Bu mövzuyla əlaqədar ayəti kərimənin başında gələn Nisa Surəsi, 3. ayənin sonunda:

Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır.” buyurulur.
Rəbbimiz, bu ayədə və Nisa Surəsi 129-cu ayədə, onsuz da əhəmiyyətli xəbərdarlıqlarla məsələnin çərçivəsini çəkmişdir.
Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib (belə hərəkətlərdən) çəkinsəniz (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”

Bizi, bizdən çox yaxşı bilən Rəbbimiz, arif olan hər kəsin, ikinci bir xanımla evlilik deyilincə qırx dəfə düşünməsini istəyir. Ədalətdən ayrılmamaq üçün ən uyğun olan yol, Rəbbimiz tərəfindən belə dəqiq bir şəkildə bildirilmişkən, bu qısa ömrümüzdə hesabı verilməsi, riayət edilməsi çətin risklərə girmək , nə qədər ehtiyata olar?! Qul haqqı, Ərafat Vəqfəsində belə əffedilməyən tək günahkən, birinci xanımın, varsa uşaqların psixologiyalarını alt-üst etməyə necə cürət edilə bilər?
Nisa Surəsi, 129-cu ayəti kəriməni nəzərə almayaraq rahat davranan “dindar” bəylər üzündən, “gözlədilməkdə olan” xanımlar, təssüflər olsun ki, həddindən artıqdır.
Əksəriyyətlə maddi imkanların yüksək olduğu zamanlarda və birinci xanımdan yaşca daha gənc xanımlarla edilən ikinci evliliklərdə bu kimi hallar daha çox yaşanır. Birinci xanıma göstərilməyən və ya laqeydlik göstərilərək  edilən əlaqənin, ikinci xanıma göstərilməsi, onsuz da çətin olan bir vəziyyəti daha da dözülməz etməz mi?! Hər işini özü etməli olan, müxtəlif çöl işlərini, təqib edilməsi lazım olan təmir vs. kimi məsuliyyətləri boynuna götürmüş olan bir xanım düşünün. Buna baxmayaraq özündən sonra nikahlanılmış ikinci yoldaşın əli, isti sudan soyuq suya dəydirilməsin. Ya da birinci yoldaşa ayrılan zamanla, ikinci yoldaşa ayrılan zamana heç də etina gösdərilməsin, laqeyd bir rəftar sərgilənsin. Bir yxanım əlaqə gözləyərkən, digəri əl üstündə tutulsun. Biri ilə danışarkən ağızdan kəlbətinlə söz alınarkən, digərinə iltifatlar yağdırılsın. Daha nələr nələr.
Ayəti-kərimələrdəki xəbərdarlıqlar, hər hansı bir təfsirə, şərhə baxılmadan qəbul edilə biləcək qədər açıqkən, Əfəndimiz (səllallahu əleyhi və səlləm):
“İki arvadı olub da, birinə tamamilə meyl edib, digərini laqeyd qalan kimsə, qiyamət günündə bir yanı iflic olaraq gələr.” (İbn-i Macə, Nikah, 47) buyurmuşkən, nə üçündür bu qədər zülm, bu qədər əziyyət?
Xüsusilə zəruri hallarda bir çıxış ola biləcək rüsxətlərdən faydalanarkən İslama qulaq verənlər, bu xəbərdarlıqlarla ziddiyyət təşkil edən həyatlarında İslamı hara yerləşdirirlər görəsən?
Əfəndimiz (səllallahu əleyhi və səlləm), çox arvadlılığın adət olduğu bir cəmiyyətdə, Fatimə anamızın üzərinə ikinci bir xanıım gəlməsinə maneə törədərək bütün çağlara bir nümunə təşkil etmişdir. Digər tərəfdən, bu icazəyə, müxtəlif səbəblərlə yol verilsə də, necə davranılması lazım olduğunu da Öz həyatındakı bir çox misalla bizlərə göstərmişdir.
Ayəti kərimələrin çəkdiyi çərçivə və Əfəndimiz (səllallahu əleyhi və səlləm)-in “gözəl əxlaqı”  ortada ikən, evliliklərini, ikinci evlilik uğrunda təhlükəyə soxanların, yoldaşlar arası ədaləti qoruya bilməyənlərin heç bir müdafiəsi ola bilməz! Onsuz da, zərrə miqdarı əməllərin ölçüləcəyi O Böyük Məhkəmədə, bu ayan-bəyan ortaya çıxacaqdır! Tövbə fürsəti hələ əldəykən, edilən zülmlərə bir son verilməli, ailə səadətinə kölgə salacaq hər cür davranışdan çəkinilməlidir.
İkinci xanımı olan kəslər, həyatını ədalətli bir şəkildə ikiyə bölüb, rəftar və əlaqəni da bərabər bir şəkildə göstərmədikcə, Əfəndimiz (səllallahu əleyhi və səlləm)-in ümməti olmağı arzu etməyin, hallarıyla nə qədər ziddiyyət təşkil edən bir təmənni olduğunu fərq etməlidirlər. Peyğəmbər Əfəndimizin çox evlilik “sünnəsini” işləməyə çalışanlar (!), Peyğəmbərimizin o yoldaşlarına necə davrandığını da nümunə götürməlidirlər.
Peyğəmbər xanımı olan analarımızdan təzahür edən bir çox qısqanclığa dözüm və şəfqətlə yanaşan, bərabər rəftar göstərmək üçün çox səy göstərən Əfəndimiz (səllallahu əleyhi və səlləm), vəfat edəcəyi zaman belə bu hüququ ciddiliklə qorumağa laqeyd yanaşmamışdır. Beləcə günümüzün müsəlmanlarına, qul haqqının nə dərəcə həssas bir məsələ olduğunu halıyla elan edərək əbədi aləmə intiqal etmişdir. Bu barədə xəstəliyi əsnasında, vəfatına qədər Həzrəti Aişənin otağında qala bilmək üçün digər xanımlarından icazə istəməsi nə böyük bir alicənablıqdır.
Bir yoldaşla olan evliliyin məsuliyyətini haqqıyla əda etmişcəsinə cürətkar rəftarlar sərgiləyənlərə, ayələrdəki xəbərdarlıqlara düçar olmaqdan narahat olmağı tövsiyə edərək bu bəhsi nöqtələyək.
Rəbbimiz, hər birimizi razı olduğu bəndə və Rəsulullah əfəndimizə layiq ümmət etsin. Amin.

Mənbə:islamveihsan.com

Read Previous

Comərdlə paxılın fərqi

Read Next

Ayət və hədislərlə ata-ana haqqı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.