• 22 Dekabr 2024

İnfaq edənlər daha çox qazanır

infak_edenler2-702x336Üzərimizdəki nemətlərə şükür ifadəsi olaraq, o nemətdən məhrum olanlara xidmət və hörmət etməyi, səadət bilməliyik. Hətta onlara, təşəkkür ədasıyla infaq etməliyik. Alanın minnət altında qalacağı deyil, verənin minnətdar olacağı şəkildə ehsan etməliyik.
Ayəti-i kərimə buyurulur: “… Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!”(Ali-İmran, 140)
Bu səbəbdən də bir gün qalib, bir gün məğlub ola bilərik. Bir gün səhhət və sağlamlıq içərisində, bir başqa gün xəstəlik və çətinlik içində ola bilərik. Bir gün verən əl, bir gün alan əl ola bilərik.
Şeyx Sədi həzrətləri buyurur:
“Ey igid! Gücünə-qüvvətinə güvənib acizlərin incitmə! Zəiflərin könüllərini yaralama! Çünki sən də, səndən daha güclü və çətin birinin qüdrəti və zülmü altında aciz qala bilərsən.”
Demək ki, hər işimizin gözəl getdiyi yaxşı günümüzdə, özümüzdən çıxmamalı, çətin vəziyyətdəki insanların halına biganə qalmamalı, zəifləri, düşkünləri, çarəsizlərin xor görməməli, Allahın qullarını aşağılamaqdan çəkinməliyik. Hər zaman onları öz yerimizdə, özümüzü də onların yerində görəbilməliyik.
Necə ki, bizlərə nümunə olan səhabəi kiram əfəndilərimiz infaq etdiklərində qarşılarındakılara deyirdilər ki:
“…“Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), çətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!””(Əl-İnsan, 9-10)
Bu barədə Əbul-Leys Səmərqəndi Həzrətləri də belə buyurur:
“Verən adam, alan adama bir təşəkkür içində ikram etməlidir. Çünki alanın payı, dünyəvi bir ehtiyacının aradan qaldırılması, verənin nəsibi isə ilahi riza və axirətdəki sonsuz lütflərdir. Belə olduqda, verən daha qazanclı vəziyyətdədir. Onun üçün verən adam qarşısındakına təşəkkür etməlidir.
Mövlana Həzrətləri də, kasıb və zəiflərə edilən ehsan və ikramlar, əslində infaq edənlərin daha çox istifadə edəcəyini bu şəkildə ifadə edir:
“Yoxsul adam necə comərdlik və yaxşılığa möhtac isə, comərdlik və yaxşılıq də yoxsul adama möhtacdır. Gözəllər, gözəlliklərini seyr etmək üçün necə tozsuz, passız və parlaq bir güzgü axtararlarsa, comərdlik də yoxsulları və zəifləri eləcə axtarmaqdadır.”
“Allahın comərdlik təcəllisinin təzahürü, yoxsullardır. O kasıblar ki kərəm sahiblərinə müraciət edərlər. Dərdlərini onlara açarlar. Beləcə qoruyucu zənginlər üçün səadət yollarını hazırlamış olarlar.”
Həqiqətən, Allah yolunda sərf edən adam, bu sayədə həm günahlarının əfvinə və Rəbbinin razılığına qovuşacaq, həm də nə qədər bəla, müsibət və xəstəlikləri sevindirdiyi möhtacların xeyir duaları sayəsində (Allahın izni ilə) özündən uzaqlaşdırmış olacaq.
Necə ki, hədisi-şəriflərdə belə buyurulur:
“Kasıbları qoruyub onlara nəzarət edin. Aranızdakı zəifləyər sayəsində Allahdan yardım görüb rızıqlandığımızdan şübhəniz olmasın. “(Əbu Davud, Cihad, 70/2594; Əhməd, V, 198)
“Allah bu ümmətə, aralarındakı zəiflərin duası, ibadəti və ixlası səbəbiylə kömək edir.” (Nəsai, Cihad, 43)
Bu səbəbdən cəmiyyətimizdəki zəif, möhtac və yoxsullara qol qanad gərərək onları şəfqət, mərhəmət və nəzakətlə himayə etmək lazımdır. Bu gün bir atəş çevrəsi içində olan məmləkətimiz, o zəiflərin duası bərəkətiylə (inşaallah) Cənabi-Haqqın himayəsinə, ilahi rəhmət və inayətinə çatacaqdır.
Mənbə:islamveihsan.com

Read Previous

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbçilərin ailələri mənzillə təmin olunacaq.

Read Next

Şəhidlik haqqında hədisi şəriflər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.