• 21 Noyabr 2024

Şəhidlik haqqında hədisi şəriflər

sehidlik

مَا يَجِدُ الشَّهِيدُ مِن مَسِّ الْقَتْلِ إلَّا كَمَا يَجِدُ أَحَدُكُمْ مِنْ مَسِّ الْقَرْصَةِ

Hər hansı biriniz qarışqanın dişləməsindən nə qədər ağrı hiss edirsə, şəhid olan adam da ölümün acısını yalnız o qədər hiss edər. (Tirmizi, Fəzailul-cihad 26, Nəsai, Cihad 35, İbn Macə, Cihad 16)

Hər canlı ölümü mütləq dadacaqdır. Bir çox insanlar, hər gün həmyaşıdlarının, qohum-əqrabalarının, anasının, atasının, hətta öz canından olan evladlarının ölümlərinin şahidi olurlar. Ancaq eyni aqibətin bir gün özünün də başına gələcəyini unudar və ya heç düşünməzlər. Ölüm şokunun bir müddət təsirində qalar, amma tez unudarlar. Ancaq ölüm hadisəsi növbəyə qoyulmuş vaxtı bilinən bir hadisə deyil. Yəni harada, nə zaman və necə öləcəyimizi heç kəs bilməz. İnsan hər zaman ölə biləcək yaşdadır. Dinimiz bizə bu mövzunu hər zaman xatırladır və həyat kimi ölümündə bir həqiqət olduğunu, və ibrət alıb düşünməmizi bizə bildirir. Heç şübhəsiz ki, şəhid olaraq ölmək hər kəsə nəsib olmaz. Şəhidlik məqamı çox yüksək bir məqamdır. Çünki şəhid olan müsəlmanın qul haqqı xaric bütün günahlarını Allah-Təalanın bağışlayacağı hədislərdən bizlərə məlumdur. Əsl şəhid ölüm anında belə heç ağrı hiss etməyəcəkdir. Onun ölümü hiss etməsi, hər hansı birimizin qarışqanın dişləməsindən nə qədər ağrı hiss ediriksə, şəhid olan adam da ölümün acısını yalnız o qədər hiss edər. Allah hər kəsə sadəcə döyüşdə yox, yatağında belə olsa şəhid kimi ölməyi hər kəsə qismət eyləsin.

مَنْ قُتِلَ دُونَ مَالِهِ فَهُوَ شَهِيدٌ ، وَمَنْ قُتِلَ دُونَ دَمِهِ فَهُوَ شَهِيدٌ ، وَمَنْ قُتِلَ دُونَ دِينِهِ فَهُوَ شَهِيدٌ ، وَمَنْ قُتِلَ دُونَ أَهْلِهِ فَهُوَ شَهِيدٌ

Malı uğrunda öldürülən şəhiddir, qanı uğrunda öldürülən şəhiddir, dini uğrunda öldürülən şəhiddir, ailəsi uğrunda öldürülən şəhiddir. (Əbu Davud, Sünnə 29, Tirmizi, Diyət 21)

Malını başqasına verməmək və onu qorumaq üçün mübarizə apararkən ölən şəxsin şəhid olcağına dair hədis 20-ə yaxın səhabi tərəfindən rəvayət edilmiş, və bütün güvənilir hədis kitablarında keçməkdədir. Başqa bir şəxsin malını haqsız yerə qəsb etməyi dinimiz haram qılmışdır. Hədis də açıqca bildirildiyi kimi canı, malı, dini, ailəsi uğrunda ölənlər şəhiddir. Çünki bu saydıqlarımız insan üçün ən dəyərli varlıqlardır.

Bir mömin dinindən dönməyə və ya dininin əmirlərini yerinə yetirməyə əngəl olanlara qarşı mübarizə apararkən ölərsə şəhiddir. Bundan əlavə olaraq hər kəsə ailəsinin namusunu qoruması vacibdir və onları qoruduğu zaman ölən də şəhiddir. Əgər insan özünü, ailəsini, malını vətənini, millətini düşmana təslim edərsə artıq onun işi Allah qalmışdır. Əksinə onları qoruyar və bu əsnada ölərsə şəhidlik məqamına yüksələr. Allah hər kəsə həqiqi şəhidlik mərtəbəsinə yüksəlməyi nəsib eyləsin.

Read Previous

İnfaq edənlər daha çox qazanır

Read Next

Məscidi Nəbəvinin imamı vəfat edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.