• 29 Mart 2024

İslam dini birlik və bərabərlik dinidir

28 noyabr 2017-ci il  tarixdə Şəki şəhərində fəaliyyət göstərən “Məram” Gənclik Mərkəzində  “Kreativ Düşüncə” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Dinlər, mədəniyyətlər və sivilizasiyalararası münasibətlərin inkişafında İslam həmrəyliyi ideyalarının təbliği” mövzusunda yeniyetmə və gənclərin iştirakı ilə tədbir keçirilmiş. Tədbirdə  “Kreativ Düşüncə” İctimai Birliyinin rəhbəri Gündüz Paşayev, Şəki (hafizlik) İslam Kollecinin müəllimi Müşfiq Xəlilov, Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli məktəbin müəllimləri və şagirdləri iştirak etmişlər.

“Kreativ Düşüncə” İctimai Birliyinin rəhbəri Gündüz Paşayev geniş çıxış edərək bildirdi ki, İslam aləminin inkişafına və rifahına nail olmaq üçün İslam həmrəyliyi zamanın çağırışı və tələbidir. Şərqlə Qərbin qovşağında yerləşən qədim Azərbaycanda müxtəlif dinlərin, ayrı-ayrı mədəniyyətlərin nümayəndələri tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşayıblar. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyiİ İli” elan edilməsi bütün dünyada, xüsusilə İslam aləmində sülhə, dostluğa, qarşılıqlı hörmətə, birgəyaşayışa çağırış və töhfədir.  Şəki (hafizlik) İslam Kollecinin müəllimi Müşfiq Xəlilov öz çıxışında İslam dinin təlqin etdiyi prinsiplər, Qurani-Kərimdə birliyə, həmrəyliyə, dözümlülüyə dəvət edən ayələrdən nümunə gətirib.

 

Read Previous

DANIŞIQ MƏDƏNİYYƏTİ

Read Next

Dekabr 2017

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.