Yer üzündə insanlığı elmə sövq edən və elm təhsilini ibadət qəbul edən yeqanə din, İslam dinidir. Bu baxımdan İslamiyyətə “elm dini”də deyilir.
Avropada elm adamlarının öldürüldüyü, xəstələrin “ruhuna şeytan girmiş” deyərək diri-diri yandırıldığı dövrlərdə, müsəlmanlar universitet təsis edir və dünyanın hər tərəfindən gələn tələbələrə fizika, tibb, riyaziyyat və astronomiyadan dərs keçirdilər.
Riyaziyyat, cəbr, həndəsə sahələrində Avropalı alimlərə müəllimlik edən Müsəlman alimlər, dünyanın yuvarlaq olduğu, öz ətrafında və günəş ətrafında fırlandığını Avropalılardan əsrlərcəəvvəl təsbit edib, yerin çevrəsinin ölçülməsinə müvəffəq olmuş, günəşin üstündəki ləkələri kəşf etmiş, günəş ilini tapmışlar. Belə ki, günəş və ay tutulmaları İslam alimləri tərəfindən tapılmışdır.
Riyaziyyatda müsəlmanların xidmətləri o qədər çoxdur ki, onların bu sahədəki xidmətləri bugünkü Avropada böyük bir heyranlıq doğurmuşdur. Məsələn Risler, “İntibah dövrümüzün müəllimləri Müsəlmanlardır” Gauter isə, “Yalnız cəbri deyil, digər riyaziyyat elmlərini də Avropa mədəniyyəti Müsəlmanlardan almış olduğu kimi, bugünkü Qərb riyaziyyatı, həqiqətən də İslam riyaziyyatından başqa bir şey deyildir.”[1]deyə tarixi həqiqəti etiraf etmişlər.
Sıfırdan ilk dəfə istifadə edən Xarəzmi (780-850), cəbrin təməlini qoymuş, “əl-Cəbr vəl-Muqabələ” adı altında ilk cəbr kitabını yazmışdır. Həmin kitabın adı olan əl-Cəbr, Qərb aləminə algebra deyə cüzi bir tələffüz dəyişikliyi ilə keçmişdir. Onu da deyək ki, əl-Cəbr bu gün cəbr dərsi olaraq oxudulur.
Riyaziyyat sahəsində Avropaya müəllimlik edən Müsəlman alimlərdən biri də Bəttanidir (858-929). Jacques Rislerə görə, triqonometriyanın həqiqi mucidi Battanidir.Sinusu də kəşf edənlər Müsəlmanlardır. Keçmiş Müsəlmanlar, sinusa ceyb deyirdilər. Avropalılar isə bunu tərcümə edərkən sinus adlandırıblar.
Müsəlmanlara görə hesabın mövzusu ümumi olaraq rəqəmlər, onların təbiəti, növləri, kombinə edilməsi, dörd əməl (toplama, çıxarma, vurma, bölmə) üsullarıdır.
Kimya deyəndə Cabir yada düşür. Onun kimyada açdığı cığır, Priestley (1733-1804) və Lavoisierdən (1743-1794) heç də aşağı deyildir, hətta daha da mühüm sayılır. Kordano, onu dünyanın 12 dahisindən biri sayır. Cabir, bir neçə əsr əvvəl təsis etdiyi xüsusi laboratoriyasında apardığı çalışmalar nəticəsində bir çox sulfat turşusu kəşf etmiş, kimyadaki kəşf və ixtiraları ilə məşhur olmuşdur. Həkim olduğu qədər də böyük bir kimyaçı olan Razi də sulfid turşusu və saf spirt əldə etmişdir.
Tibb və tibb elmləri, İslamda ən çox rəğbət qazanan vəən çox inkişaf edən elmlərdəndir. Müsəlman elm adamlarının çoxu eyni zamanda böyük bir həkim idilər. Ona görə də İslam tibbinin zənginliyi bütün dünyada, o cümlədən Qərb aləmində böyük heyranlıqlara səbəb oldu. Həmin təsir XVIII əsrin sonuna qədər davam etdi.
Yeni tibbin təməlini qoyan bir şəxsiyyət kimi məşhur olan qüdrətli İslam alimi İbn Sinadır. Ancaq İslam tibb tarixində Avropalıların Avisenna dedikləri İbn Sinanı yetişdirmiş olan bir ilk dövr vardır ki, bunun mənşəyi, təbabət sahəsinə aid hədislərdən meydana gələn ət-Tibbün-Nəbəviyə dayanır. “Müsəlmanlar, təbabətdəən yüksək yeri tutublar. Beş əsrdən çox dünya tibb elminin başında olmuşdurlar. Hz. Peyğəmbərin bir hədisinə görə təbabətlə ilahiyyat, elmin ən əsaslı şöbələridir. Hz. Mühəmmədin nəql edilən tibbi hədisləri təqribən üç yüzə çatır… 622-ci ildən 661-ci ilə qədər davam edən Hicrət və Raşidi xəlifələr dövründəki həkimlər daha o zamandan yaraları dezinfeksiya etmək sənətini, qan almağı və hacamat tətbiqatını bilirdilər.”[2]Hippokrat, Qalien, Rufus və s. kimi qədim Yunan tibb alimlərinin Ərəb dilinə tərcümə edilən əsərləri İslamiyyət sayəsində Qərbə nəql edilmişdir. İslam tibbinin o qədim Yunan əsərlərindən deyil, Müsəlman həkimlərin öz tədqiq və təcrübələrindən yarandığını yenə də eyni Qərb mənbələrinin etiraf etdiyini görürük:
“…Müəyyən bir vaxtdan sonra alim sələflərini bir kənara atıb qədim Yunanlıların heç bilmədikləri yollara əl atdılar. Beləliklə də tibbin tərəqqisində böyük nisbətdə iştirak etdilər. Səbirli, əzmkar və dəqiq olduqları üçün tibbi müşahidələrini heç yorulmadan cəmləşdirdilər. Həmin dövrdən etibarən təbabət təcrübi bir xarakter aldı. Tibb tədrisi, xüsusən xəstəxanalarda aparılardı. O dövrdən etibarən mədrəsələrə Fən Fakültələri ilə Tibb Fakültələri və laboratoriyalar əlavə edilmişdi”.[3]
Amerikanın dünyada məşhur alimlərindən olan Vill Durantın da etiraf etdiyi kimi[4] ilk dispanser və əczaxanaları Müsəlmanlar təsis etdilər.
İslamın ən məşhur xəstəxanası 706-cı ildə Şamda təsis edilmiş olan Bimaristandır; 978-ci ildə bu müəssisədə iyirmi dörd həkimdən mütəşəkkil bir heyət vardı. 951-ci ildə təkcə Bağdad şəhərində 860 həkim vardı. O, bu günkü tibbin əsasını qoymuş, beləliklə də insanlığı xılas edən bu yeni elm, o (zamankı) qaranlıq Qərbə öz şöbələrilə yanaşı İslam mədəniyyətini də aparmışdı.[5]
Onu da deyək ki, insanlığa böyük xidmət etmiş olan İslam alimlərinin sadəcə adlarını və ixtiralarını burada zikr etməyimizə imkan yoxdur. Yenə də biz, qısaca olaraq onlardan bəziləri haqqında bəhs etməyə çalışdıq.
[1]Heyət,Bilimə Yön Verən İslam Alimləri, İstanbul 1996, I, səh. 7.
[2]Jacques C. Risler, La civilisation arabə, Paris 1955, səh. 176.
[3] Jacques C. Risler, La Civilisation Araba, Paris 1955. səh. 177-178.
[4] Vill Durant, L’age de lafoi, Fransa 1952, I, səh. 315-316.
[5]İ. H.Danişmend,Qərb MwnbwlwrinwGörw İslam Mwdəniyyəti, İstanbul 1989,swh. 30
Mənbə: