Peyğəmər əfəndimiz (səv) Məkkədən Mədinəyə hicrət edərkən Mədinəli bütün möminlər, Allah Rəsulu (səv)-i öz evlərinə qonaq etmə arzusu içində idilər. Hər kəs Onu evinə aparıb Ona xidmət etməyə can atır və bu barədə bir-birləriylə mübahisə edirdilər. Bunun üzərinə Allah Rəsulu (səllallahu əleyhi və səlləm), dəvəsi Qasvanı nəzərdə tutaraq:
“-Hayvanı Sərbəst buraxın, yolundan çəkilin; o me’murdur (harada çökeceği özünə bildirilmişdir)! “buyurdu. (İbn-i Hişam, II, 112-113)
Çünki, ancaq bu şəkildə heç kimsənin qəlbi qırılmadan Rəsulullah (səv)-i kimin qonaq edəcəyi məsələsi həlledilmiş olacaqdı. Necə ki mübarək dəvə, bir iki yerdə çöküb qalxdıqdan sonra Xalid ibn Zeyd (radiyallahu anh)-ın, yəni Əbu Əyyub əl-Ənsari Həzrətlərinin evinin önündəki torpağa çökdü. Xoşbəxt səhabə Əbu Əyyub Həzrətlərinin könlünü tərifsiz bir sevinc hissi bürüdü. Rəsulullah (səllallahu əleyhi və səlləm) Əfəndimizi:
“-Buyrunuz Ey Allahın Rəsulu! Evimizi şərəfləndiriniz! “Deyərək evinə dəvət etdi.
Rəsulullah (səllallahu əleyhi və səlləm), Əbu Əyyub (ra)-ın evinə doğru gələrkən, Nəccaroğullarının kiçik qızları dəflərlə qarşısına çıxıb:
“Nəccaroğulları’nın kızlarıyıq biz! Həzrəti-i Məhəmmədin qohumları olmaq olmaq, Onunla qonşu olmaq nə səadət, nə böyük bir şərəfdir! “Deyərək qəsidələr oxuyurdular.
Könüllər sultanı Peyğəmbərimiz (səllallahu əleyhi və səlləm), onlara: “Söyləyin görüm məni sevirsinizmi?” Deyə soruşurdu. Onlar da:
“Bəli, ya Rəsulallah, Səni çox sevirik!” Deyirdilər.
Onların nəşə və sevinclərinə məsrur olan Aləmlərin əfəndisi (səllallahu aleyhi və səlləm)-də:
“Allah bilir ki, Vallahi, mən də sizləri sevirəm! Vallahi, mən də sizləri sevirəm! Vallahi, mən də sizləri sevirəm! “Buyururdu. (İbn-i Macə, Nikah, 21; Diyarbekrî, I, 341)
Mənbə: