• 27 Dekabr 2024

Peyğəmbər əfəndimiz (səv)-in əfvediciliyi

affedicilikRəsulullah (sallallahu əleyhi və səlləm) əfəndimiz hər zaman əfv yolunu seçər, məcbur qalmadıqca kimsəni cəzalandırmaq istəməzdi. Necə ki, cəza verməyə gücü çatdığı halda özünə bir çox pisliklər etmiş kəsləri həmişə bağışlamış, hətta hər hansı bir söz və ya davranış ilə də olsa onların günahlarını xatırlatmağı əshabına qadağan etmişdir.

MƏKKƏNİN FƏTHİ: MƏRHƏMƏT GÜNÜ

Allah Rəsulu (səllallahu əleyhi və səlləm) müsəlman və ya kafir heç kimin pisliyini istəməz, hər kəsə böyük bir ədəb və əxlaq ilə rəftar edərdi. Məkkəni, döyüşə fürsət vermədən fəth etdiyi zaman, iyirmi bir ildir ki, özünə və müsəlmanlara hər cür düşmənçiliyi edən insanlar, hüzurunda toplanmış və özlərinə veriləcək hökmü gözləyirdilər. Onlara:
“-Ey Qureyş camaatı! İndi mənim, sizin haqqınızda nə edəcəyimi düşünürsünüz? “Deyə soruşdu. Qureyşlilər:
“-Biz Sənin xeyir və yaxşılıq edəcəyini ümid edirik; «Xeyr edəcəksən!» Deyirik. Sən kərəm və yaxşılıq sahibi bir qardaş, kərəm və yaxşılıq sahibi bir qardaş oğlusan!”Dedilər. Bunun üzərinə Rəsulullah (sallallahu əleyhi və səlləm):
“-Mən Də Həzrəti Yusifin qardaşlarına dediyi kimi:
«Sizə bu gün heç bir başa çaxma və ayıblama yoxdur! Allah sizi bağışlasın! Şübhəsiz ki, O, rəhm edənlərin ən rəhmlisidir. »deyirəm. İndi, gedin, artıq sərbəstsiniz! “buyurdu. (İbn-i Hişam, IV, 32; Vaqidi, II, 835; İbn-i Sad, II, 142-143)
Və o günü “Yəvmü’l-mərhamə: Mərhəmət Günü”olaraq adlandırdı.
O gün, Uhud Hərbində əmisi Həzrəti-i Həmzəni şəhid edən Vəhşini və “şəhidlərin əfəndisi” nin ciyərini ehtirasla dişləyən Hind’i də bağışladılar. Qızı Həzrəti-i Zeynəbi dəvədən yıxmaqla onun vəfatına səbəb olan Həbbar ibn Əsvəd belə, bu böyük əfvdən istifadə etmişdi. Rəsulullah (sallallahu əleyhi və səlləm) elə bir incəlik göstərdi ki, Həbbarı bağışlamaqla qalmayıb, eyni zamanda ona təhqir edilməsini və əvvəllər etdikləri əməllərə görə onun danlanıb təhqir edilməsini də qadağan etdi. (Vaqidi, II, 857-858)
Məkkə fəth ediləndə, Əbu Cəhlin oğlu İkrimə qaçmışdı. Rəsulullah (sallallahu əleyhi və səlləm) əvvəldən etdiyi bütün pislikləri bir kənara buraxaraq ona aman verdilər və yanlarına çağırdılar. Xanımı arxasından uzun yollar gedərək Əfəndimizin dəvətini ona çatdırdı və onu Məkkəyə gəlməyə razı saldı. Məkkəyə yaxınlaşdıqlarında Rəsulullah (sallallahu əleyhi və səlləm) böyük bir möcüzə və möhtəşəm bir incəlik sərgiləyərək əshabına belə buyurdu:
“İkrim bin Əbu Cəhil mömin və mühacir olaraq yanınıza gəlir. Artıq onun atasını təhqir etməyin! Çünki çox pis bir insan belə olsa ölüyə təhqir etmək, yalnız həyatda olan yaxınlarını üzər, ölüyə çatmaz.”(Hakim, III, 269/5055; Vaqidi, II, 851)

Rəsulullah (sallallahu əleyhi və səlləm) İkrimənin gəldiyini görüncə sevincindən ayağa qalxıb üç dəfə:

“-Mərhaba Mühacir süvari, xoş gəldin!” Buyurdu. İkrimə (radıyallahu anh)-da:

“Vallahi, ya Rəsulallah, İslam düşmənliyi yolunda xərclədiyim şeylərin ən az bir mislini də Allahu təalanın yolunda xərcləyəcəyəm!” Dedi. (Hakim, III, 271/5059; Vaqidi, II, 851-853; Tirmizi, İstizan, 34/2735)

Rəsulullah (sallallahu əleyhi və səlləm) daha bunun kimi neçə insanları bağışladı. Çünki O, dağıtmaq üçün deyil, islah etmək və könülləri fəth etmək üçün gəlmişdi. Bütün aləmlərə rəhmət olaraq göndərilmişdi.

Mənbə:

islamveihsan.com

Read Previous

Şükrün növləri

Read Next

Allah rasulu (səv)-in dəvəsinin çökməsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.