• 09 Noyabr 2024

Kİşi ailəsini necə idarə etməlidir?

aileKişi, ailəsini hər cür mənfi davranışlardan qorumalıdır. Ailənin dini dəyərlərini və əxlaqi gözəlliklərini pozacaq yoldaşlardan, ziyarət və gəzintilərdən, televiziya kanallarındakı əxlaqa zidd verilişlərdən, səviyyəsiz kitab, qəzet və nəşriyattan ailə fərdlərini uzaq tutmalıdır.
Xülasəsi, ailəni içəridən və çöldən qorumaq vəzifəsi, tamamilə kişiyə verilmişdir.
Kişi, dini mövzulara diqqətli yanaşmalı, məcbur qalmadıqca qadın və kişilərin birlikdə çalışdığı qarışıq mühitdə olmamağa səy etməlidir. Öz iradəsi xaricində belə məkanlarda çalışmaq məcburiyyətində qalsa, gözünə və hərəkətlərinə diqqət etməli, dinimizin əmr etdiyi ədəb və həssaslığı qorumalıdır.
Əgər işəgötürən mövqeyində isə belə qarışıq iş mühitinə vəsilə olmamalıdır, kişilər və qadınlar üçün lazım olsa ayrı iş zaman ve məkanları təşkil edərək, səhvlərə yol verilməsinin önünə keçməlidir. İş yerində, xüsusilə baş-başa olacağı kəsləri həmcinsinə uyğun seçməyə səy etməli, müxtəlif səbəb və bəhanələrlə xanım katibə və s. işlətməkdən qətiliklə uzaq durmalıdır. Hal-hazırda təəssüf ki, bu səhv davranışların, boşanmalara və ailəvi yıxıntılara yol açdığı acı bir həqiqətdir.
Ailəsi və uşaqlarıyla münasibətlərində onların dünyəvi işlər xüsusundakı xəta və qüsurlarını bağışlamalı, onlara mərhəmət və yumuşaqlıqla yaxınlaşmalıdır. Xanımının bütün sirr və ayıblarını hər kəsdən gizləməlidir.
Dini əksiklik və ehmalkârlıklarında isə ciddi yanaşmalı, cəhalət və ya tənbəllik kimi mənfiliklərin üzərinə qətiyyətlə getməlidir. Xanımının və uşaqlarının dini bilgi və əməl əskikliklərini tamamlamağa hər vəziyyətdə cəhd göstərməlidir. Həm şəxsən əmək verməli, həm də bu barədə faydalanılması lazım olan yetkin və ləyaqətli pedaqoqlardan istifadə etdirməlidir.
Kişilər, ev içərisində ailəsinin yumşaq və gözəl sözlərlə könüllərini almalı, əbəs və kobud bir çöhrə ilə onları yanından uzaqlaşdırmamalıdır. Peyğəmbər Əfəndimiz (səv):
“Xeyirliniz, qadınlarına qarşı xeyirli olanlarınızdır.” Buyurmuşdur. (Tirmizi, Radâ` 11. Ayrıca baxın. Əbu Davud, Sünnə, 15; İbni Macə, Nikah 50)
Xanımıyla dolanışıq və ev idarəsi mövzusunda müşavirə etməli və gücünün çatmayacağı işləri ona həvalə etməməlidir. Xanımına zaman zaman uşaq tərbiyəsində köməkçi olmalıdır. Çünki həm uşaq, həm də ev işləri qadınları gecə-gündüz yormaqdadır. Onların bu ağır yükündə onlara köməkçi olmaq, aradakı məhəbbət və anlayışın artmasına səbəb olacaqdır.
Xanımının üzünə qarşı və arxasından dualar etməlidir.
Xanımından xəbərsiz uzaq səfərlərə çıxmamalıdır. Evə, xəbərsiz və kim olduğunu bilmədiyi xarici qonaqlar gətirməməlidir. Xanımından, qanuni ölçülərin xaricində naməhrəmlərin qarşısına çıxmasını və onlara xidmət etməsini istəməməlidir. Ailəsini mümkün mərtəbə qarışıq mühitlərdən uzaq tutmalıdır.

Mənbə:islamveihsan.com

Read Previous

Ədəb nədir?

Read Next

Kİşilər ailənin tərbiyəsində nələrə diqqət etməlidir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.