• 25 Dekabr 2024

MƏDƏNİYYƏTİMİZDƏ GƏNCLƏRİN YERİ

genclerPeyğəmbər Əfəndimiz (səv) vəfatından qısa bir müddət öncə İslam ordusunun başına Zeyd İbn Harisin 19 yaşındakı oğlu Üsaməni komandir təyin etmişdi. O ərəfələrdə bir səfərə çıxılacaqdı. Rəsulullah (səv):
“Savaşda iştirak etmək istəyənlər, Mədinə kənarında Üsamənin çadırı ətrafında toplansınlar”, deyə buyurdu. Ordu Mədinə xaricinə qərargah qurmuşdu. Rəsulullahın xəstəliyinin şiddətləndiyi xəbəri gəldi. Həzrəti Üsamə: ” Rəsulullah bu qədər ağır xəstə ikən, səfərə çıxmaq doğru olmaz ” dedi və üç gün ordunu gözlətti.
Üç gün içində də, Peyğəmbər Əfəndimiz (səv) vəfat etdi. Rəsulullah (səv) vəfat edib yerinə Həzrəti Əbubəkir (ra) xəlifə olaraq keçincə, Üsamənin kamandirliyini münasib görməyib, müzakirələr apararaq onun gənc olduğunu irəli sürən bəzi səhabələr:
” Ya Əbu Bəkir! Usamə çox gəncdir. Onu bu vəzifədən azad edib yerinə başqa birini təyin etsəniz daha yaxşı olmaz mı? ” Deyə təklif etmişdilər.
Həzrəti Əbubəkir çox hiddətləndi və: ” Rəsulullahın təyin etdiyi bir sərkərdənin kənarlaşdırılmasını məndən necə istəyərsiniz? ” Dedi və qətiyyətlə bunu edə bilməyəcəyini bildirdi. Beləcə ordu, Üsamənin liderliyində yoluna davam etdi. Həzrəti Əbubəkir (r.a.) onu ata mindirib, özü isə yerdə gedirdi. Bir müddət getdikdən sonra Üsamə (r.a.) çox sıxılmışdı:
” Ey Əbubəkir! Ya siz minin, mən piyada gedim. Yaxud da, mənim də piyada getməyimə icazə verin! ” Dediyi zaman, Hz. Əbubəkir, heç birini də qəbul etmədi:
” Siz minəcəksiniz , mən isə piyada gedəcəyəm. Allah üçün döyüşə gedən ordunun arxasında bir az yeriyim ki, onların atının ayaq tozlarından ayağım şərəflənsin ” buyurdu və o qoca halıyla ordunun arxasından uzun müddət getdi. İşin ən maraqlı tərəfi isə; 19 yaşındakı Üsamə (ra) -ın komandir olduğu orduda Həzrəti Ömər bir sıravi savaşçı olaraq hərbə iştirak edir və bundan şikayət də etmirdi. Hz. Əbubəkir (ra) ordunu uğurlayıp özü ayrılacağı zaman, Üsamənin yanına gəldi və:
” Ey Üsamə! Görürsən ki, Rəsulullah vəfat etdi. Mədinədə onun ayrılması ilə bir boşluq meydana gəldi , görüləsi işlər çoxdur. Əsgərlərinin içində olan Ömərin, mənimlə gəlməsinə və geri dönməsinə icazə verərsənmi?” Dedi.
Həzrəti Üsamə:
” Məmnuniyyətlə! ” Deyərək Həzrəti Ömərin geri dönməsinə icazə etdi və ondan sonra Həzrəti Ömər geri döndü.

Mənbə:gencdergisi.com

Read Previous

Əsl müflis kimdir?

Read Next

Qonşusunun incə bir davranışı ilə müsəlman oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.