Müsəlman, sadəcə beş vaxt namazını qılan, orucunu tutan, həccə gedən, nafilə ibadətləri yerinə yetirən kimsə deyildir. Müsəlman, ən yaxınından, ailəsindən, qonşusundan və dünyanın gedişatından məsuldur.
Uca Allah belə buyurur:
“Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin!” (Nəhl, 114)
Rəsulullah (səv) buyurdu:
“Allahu Təala öz qulunu halal ruzi dalınca qaçmaqdan yorulmuş vəziyyətdə görməyi sevər.” (Süyuti, əl-Camius-Sağir, I, 65)
Halal ruzi axtarmaqda olan insanın halını, Uca Rəbbimiz sevdiyi kimi, qullar da təqdir edərlər. Cəmiyyətimizdə nəfsani duyğularına qapılmış, dünya mənfəətlərinin arxasınca qaçmaqda olan insanların sayının çox olması səbəbi ilə, qul haqqına həssas, haramlardan, şübhəli şeylərdən uzaq duran, az da olsa halal ilə kifayətlənməli olan, yaşayışında dürüst, təmiz, namuslu olan bir insana hər kəs heyran olur. Belə bir insan, davranışlarıyla mükəmməl bir şəxsiyyət nümunəsi göstərmiş olar. Diliylə heç bir şey deməsə də, İslamın gözəlliyini ən güclü natiq və möizəçidən çox daha güclü bir şəkildə təbliğ etmiş olur.
Bunun gözəl bir misalını mərhum ustadımız Musa Topbaş (ks) həzrətləri belə izah edərdi:
“Muhtədi, yəni sonradan müsəlman olmuş bir qonşumuz var idi. Bir gün ona hidayətə nail olma səbəbinə soruşduğumda mənə bunları söylədi:
«-Acıbadəmdə tarla qonşum Rəbi Mollanın ticarətdəki gözəl əxlaqı sayəsində müsəlman oldum. Rəbi Molla, süd sataraq dolanışığını təmin edən bir şəxs idi. Bir axşam vaxtı əlində bir kasa ilə bizə gəldi və:
“-Buyurun, Bu süd sizindir!” Dedi.
Çaşdım: “Bu necə ola bilər? Mən sizdən süd istəmədim ki! “Dedim.
O həssas və zərif insan:
“-Mənim nəzərimdən yayınaraq, heyvanlarımdan birinin sizin bağçaya girib otladığını gördüm. Onun üçün bu süd sizindir. Ayrıca o heyvanın yediyi otların hamısı bədənindən tamamilə çıxana qədər onun südünü sizə gətirəcəyəm…”dedi.
Mən; “Ayıb olar ay qonşu, bu nə sözdür? Yediyi ot deyil mi? Halal olsun. .. “Desəm də Molla Rəbi:
“-Yox Yox, elə şey olmaz! Onun südü sizin haqqınızdır!… “Deyib heyvanın bədənindən yedikləri təmizlənənə qədər südünü bizə gətirdi.
Bəli o mübarək insanın bu davranışı məni təsirləndi.
Nəticədə gözümdəki qəflət pərdələrini qalxdı və hidayət günəşi içimə doğdu.
Öz-özümə:”-Belə Uca əxlaqlı bir insanın dini, şübhəsiz ki ən uca bir dindir. Beləsinə zərif, haqşünas, mükəmməl və tərtəmiz insanlar yetişdirən dinin doğruluğundan şübhə edilə bilməz! “Dedim və kəlimeyi şəhadət gətirib müsəlman oldum.»”
Bəli, ehtiras və tamahdan təmizlənmiş, qənaət və təvəkkül içində yaşayan, şübhəli şeylərdən uzaq duran, yalnız halal ruzi arxasınca gedən bir könlün bərəkəti…
Mənbə:islamveihsan.com