

Cənabi-Haqq buyurur:
“(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.”(Bəqərə, 186)
Rəsulullah (sav) buyurdu:
“Bir möminin digər bir möminə qiyabi etdiyi duadan daha tez qəbul edilən heç bir dua yoxdur.” (Tirmizi, Birr, 50/1980)
Fəxri Kainat Əfəndimiz (səv):
“-Bir Qul günah olan və ya qohumu ilə arasındakı qırğınlığa yol açan bir şeyi istəmədikcə, yaxud tələsmədikcə duası qəbul olunur.” Buyurmuşdu.
“Ya Rəsulallah! Tələsmək nə deməkdir? “Deyə soruşdular.
Allah Rəsulu (sav):
“-Qul; «Nə qədər dua edirəm , ancaq Rəbbim duamı qəbul etmir.» Deyir. Duasının dərhal qəbul edilməməsi səbəbiylə bezər və duanı tərk edər. (Bax o zaman tələsmiş olar.) “Cavabını verdi. (Müslim, Zikir, 92)
Mənbə:islamveihsan.com