• 30 Oktyabr 2020

MÜSƏLMANI XOR GÖRMƏYİN ÇİRKİNLİYİ

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم : بِحَسْبِ امْرِئٍ مِنَ الشَّرِّ أَنْ يَحْقِرَ أَخَاهُ الْمُسْلِمَ

Əbu Hüreyrə (r.a) Hz. Peyöambər (s.ə.s) belə buyurduğunu xəbər vermişdir: “Bir şəxsə Müsəlman qardaşını xor görməsi şərr (günah) olaraq kifayətdir.” (Müslim, Birr 32; Əbu Davud, Ədəb 35; Tirmizi, Birr 18)

Bəşəri əlaqələri iman ilə eyniləşdirən, eyni imanı daşıyanları bərabər haqqlara yiyələndirən və “möminlər qardaşdır”  (əl-Hucurat Surəsi, 10) təməl prinsipini  elan edən İslam, bu təsbit və elanı ilə inananlar arasında tam bir əxlaqi və hüquqi yanaşma və bərabərlik təmin etmişdir.

Eyni imanı paylaşanlar arasında təbii olaraq varlığına ehtiyac hiss edilən insani əlaqələrin başlanğıc nöqtəsi, heç şübhəsiz bir səxsin özünü digər insanlardan fərqli və üstün, onları da özündən aşağı və əhəmiyyətsiz görməməsidir.  

Əslində xəmiri torpaqdan yoğurulmuş adəm övladının, özüylə eyni vəziyyətdəki bir başqa insanı xor və alçaq görməsi, kiçik hesab etməsi, öz kiçikliyi və xətasıdır.

Küfrün imana, kafirin müsəlmana xoş baxmayacağı, onu əlindən gəldiyi qədər xor görəcəyi açıqdır və tarix buna şahiddir. Uca kitabımız Qurani Kərim ibrət almaq və inananları təsəlli üçün bu həqiqətin misallerini verməkdədir.

Demək olar ki, bütün peyğəmbərlərə ilk iman gətirənlər, cəmiyyətlərin üst səviyyədəki idarəçiləri tərəfindən xor görülmüşlər, hətta bu zümrə tərəfindən inancsızlıqlarına səbəb olaraq göstərilmişlərdir. Müştərək xüsusiyyətləri azğınlıq və pozğunluq bu idarəçilər, kiçik gördükləri inananlarla eyni imanı paylaşa bilməyəcəklərini, onların qovulması halında isə bəlkə inana biləcəklərini demişdirlər. Buna ilk misal Hz. Nuh və qövmüdür. Nuh (a.s) xalqını Allaha inanmağa və qulluğa çağırdığı vaxt, qövmünün öndə gələnləri “…İçimizdəki səfillərin sənə uyduğunu görürük. Eyni zamanda sizin bizə üstün bir tərəfinizi də görmürük…” (Hud Surəsi, 27) deyərək inananları açıqca kiçik hesab etmişlərdi. Hz. Nuh, bu səviyyəsiz xor görmələri, bütün zamanlara nümunə olacaq tərzdə belə cavablandırdı: “Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Onlar (qiyamət günü) öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi cahil bir tayfa görürəm!” (Hud surəsi 29)

“Ey camaatım! Əgər mən onları qovsam, (bu hərəkətimə görə) məni Allahın əzabından kim qurtara bilər? Məgər (səhv etdiyinizi) düşünmürsünüz?” (Hud surəsi 30)

“…Mən eyni zamanda sizin xor baxdığınız kəslərə (iman gətirən yoxsullara) Allahın heç bir xeyir verməyəcəyini deyə bilmərəm. Onların ürəklərində olanı (hamıdan yaxşı) Allah bilir. (Əgər mən iman gətirənləri qovsam və bu sözləri desəm), onda şübhəsiz ki, zalımlardan olaram!” (Hud surəsi 31)

Müsəlmanı imanına görə kiçik, xor görənlərə Hz. Nuhun sözü nə gözəl cavabdır:

“…Mən eyni zamanda sizin xor baxdığınız kəslərə (iman gətirən yoxsullara) Allahın heç bir xeyir verməyəcəyini deyə bilmərəm. Onların ürəklərində olanı (hamıdan yaxşı) Allah bilir.”

Əksərən hər peyğəmbərə ilk iman gətirən orta təbəqədən insanlar, həmişə xor görülmüş və hətta peyğəmbərlərə, özlərinə bu cür insanların inanması böyük bir ayıb kimi baxılmışdır. Ancaq hər zaman ən böyük ayıb və əzab, özlərini və mövqelərini üstün sanan imansızların nəsibi olmuşdur. Başqalarını xor və alçaq görmək, özlərində bir üstünlük görüb qürurlanmaqdan qaynaqlanır. Əbədi olaraq lənətlənmiş şeytanın xətası da Allahın əmri qarşısında “Mən ondan daha üstünəm, məni atəşdən onu torpaqdan yaratdın” (Əraf Surəsi, 12) deyə qürurlanmaq olmamışdımı?

Hz. Peyğəmbər əfəndimiz bir hədislərində “İman etmədikcə cənnətə girə, bir-birinizi sevmədikcə də həqiqi mömin ola bilməzsiniz…” buyurmuşdur. Cəmiyyət fərdləri arasında imana söykənən bir sevgi mühiti və bərabərlik duyğusunun doğulması üçün çox praktik bir də yol göstərmişdir “Aranızda salamı yayın!” deyərək.

Bu son tövsiyənin əhəmiyyətini, bir­birlerine “Allahın salamını belə çox görən” və lakin eyni cəmiyyət içində yaşayan müsəlmanların ya da müsəlman qrupların olduğunu xatırladıqca və gördükcə daha yaxşı anlayırıq. Bir başqa ifadə ilə namaz sonrasında hər biri bir tərəfə dağılıb gedən camaat kimi eyni safdakıların ayrılığını düşündükcə və dini davranışları və yaşayışları səbəbiylə müsəlmanlara yönəldilən ittihamların, fərq qoymadan bütün müsəlmanları hədəf aldığına şahid olduqca selam­laşmanın nə demək olduğunu və funksiyasını idrak edirik.

Eyni din və imanı bölüşənlərin xaricindəkilərin möminləri kiçik hesab etmələrini yenə bir mənada başa düşmək mümkündür. Lakin əsl üzərində dayanılması lazımlı olan, bir Müsəlmanın başqa  bir Müsəlmanı, yəni eyni imanı paylaşdığı insanı və ya qrupları xor görməsi, kiçik hesab etməsi və ondan qopmasıdır. Onsuz da hədisdə işarə edilən “kifayət edən şərr” məhz bir müsəlmanın başqa bir müsəlmanı xor, kiçik görməsidir.

Birliyin ən güclü və təbii əsaslarlna sahib olan müsəlmanların, ortaq hücumlar qarşısında belə bir araya gələ bilməməklərinin ağla yatan və aydın hər hansı bir səbəbi ola bilməz. Unudulmamalıdır ki, müsəlmanı xor və alçaq görmək və müsəlmanlarla bir araya gəlməkdən qaçınmaq səbəb nə olursa olsun eyni safdakıların ayrılığını, gücsüzlüğünü, təsirsizliyini, pərişanlığını və yoxluğunu bərabərində gətirəcəkdir. “Zərəri içinizdən yalnız zalımlara toxunmayıb hamınızı əhatəsinə alacaq fitnədən çəkinin” (Ənfal Surəsi, 24) ayəsi də hərhalda belə bir sondan çəkindirmək üçündür.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 13 dəfə.

minber.az

Read Previous

Allah qorxusu

Read Next

Sevgi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.