• 03 Oktyabr 2024

Namazdan Məhrum Qalanlar

Namazdan uzaq olan kəslərin dünya həyatı bərəkətsiz olar. Simalarında ilahi gözəlliyin nuru qalmaz. Bu kəslər saleh şəxslərin sevgisindən də məhrum qalarlar. “Necə yaşasanız, o cür ölərsiniz!” hədisi-şərifinə görə son nəfəsləri çox böyük bir təhlükə qarşısındadır və əziyyət can verərlər. Qəbirləri onları sıxar və cəhənnəm çuxurlarından bir çuxur olar. Qiyamətdə də Allahın özlərinə qəzəbləndiyini görərlər. Hesabları çox çətin olarlar və nəhayət cəhənnəmə atılarlar.

Necə ki , səhər Rəsulullah (s.ə.s) səhabələrinə belə buyurdu:

“Bu gecə yuxuda iki nəfər (Cəbrayıl və Mikayıl) gələrək məni oyatdılar və; Haydı gedirik” dedilər. Mən də onlarla birlikdə getdim. Böyrü üstə yatmış bir adamın yanından keçdik. Bir nəfər də əlində böyük bir qaya ilə onun başının üstündə dayanmışdı. Qayanı yatan adamın başına vurub əzir, daş bir tərəfə diyirləndikdə də arxasınca gedir və daşı götürüb gətirirdi. O gələnə qədər yaralanın başı da sağalaraq əvvəlki halına gəlirdi. Əlində daş tutan adam əvvəlcə etdiyini eynilə təkrarlayaraq yerdə yatanın başını hər dəfə əzirdi… Mələklərdən:

“-Sübhanallah, bunların halı nədir?” deyə soruşdum…

Belə izah etdilər: “-Bu adam, Quranı öyrəndiyi halda onu tərk edən və yataraq fərz namazın (xüsusilə səhər namazının) vaxtını keçirən kimsədir…”[1]

Mömin bir gənc şeytanın bu yoldakı tələlərindən özünü həssaslıqla qorumalı və hər hansı bir səbəblə qıla bilmədiyi namazları qəza etməyə tələsməlidir. Çünki hədisi-şərifdə

“Kim bir namazı unutsa, onu xatırladığı zaman dərhal qılsın; namazın bundan başqa kəffarəsi yoxdur.”[2] buyurulur.

Peyğəmbərimizin bu tövsiyəsinə riayət esilmədiyi təqdirdə dağ kimi yığılan namaz borcları nəticədə bəndəni axirətdə zərərə sürükləyər


[1] Buxari, Təbir 48, Cənaiz 93

[2] Müslim, Məsacid,  314

Read Previous

RAMAZAN AYI HAQQINDA BİLMƏDIKLƏRİMİZ

Read Next

Küsülü Qalmamaq