• 03 Noyabr 2024

Necə dua etməliyik

duaDua və münacat, Allahın əzəməti qarşısında qulun, acizliyini etiraf edərək məhəbbət və sayqı hissləri ilə Allahdan lütf və kömək istəməsidir. Münacat, yəni duadakı iltica, bir acizlik ifadəsi və yalnız ilahi dərgaha sığınmanın bir nişanəsi olduğu üçün dini baxımdan çox vacibdir.
Bizə bir insan çox qiymətli hədiyyələr gətirsə, lakin onları könülsüz və həvəssiz olaraq bizə verəcək olsa, onu qəbul etmək içimizdən gəlməz. Lakin canı dildən, səmimiyyət və ədəblə təqdim edilən ən sadə bir ikramı da, böyük bir hüzurla alar, verənə də məhəbbət duyarıq.
Bir qul tərəfindən Rəbbinin qəbuluna ərz edilən dua, və ibadətlər də bunun kimidir. Allah üçün etdiyimiz əməllərimizi nə qədər eşq və şövqlə ifa etsək, onların Allah qatındakı qiymətləri də o dərəcə yüksək olur.
Qul, Cənabi-Haqqa münâcâtını, yalnız sözlə deyil ürəkdən və böyük bir səmimiyyətlə ifa etməlidir. Duaları, “qorxu ilə ümid” duyğuları arasında bir ruh haləti ilə etməlidir. Dua ürəkdən gəlməli; qəlb, duanın yükləndiyi mənaya aid arzularla titrəməlidir. Eyni zamanda dua bir günahın bağışlanması istiqamətində isə, o günahın bir daha işlənməməsi xüsusunda qəti bir əzm və səbat göstərilməlidir.
Həzrət Mövlana (qs) belə buyurur:
“Peşmançılıq atəşi ilə dolu bir könüllə və nəmli gözlərlə dua və tövbə et! Çünki güllər, günəşli və nəm yerlərdə açar! ”
Mömin, qulluğun bir ehtiyacı olaraq, hər vəziyyətdə Rəbbinə yalvarış halında olmalıdır. Həqiqi bir dini tərbiyə də, dua halını möminin ruhunda davamlı qılmağı hədəfləyər. Çünki dua, qəlbdə Allaha açılan ən uca qapının açarıdır. Ayəti-kərimədə belə buyurulur:
(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.”(əl-Bəqərə, 186)
Mənbə:

Read Previous

Azərbaycanda Həccin qiyməti bahalaşacaq

Read Next

Təvəkkül nədir???

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.