• 22 Dekabr 2024

ÖLÜM SAÇAN XƏSTƏLİK “MENİNGİT”

İçerik1“Başını yuyub çölə çıxma”, “Ay bala, papaq qoy ”, “Saçlarını qurutmadan yatma”… Yəqin ki, çoxumuz bu məsləhətləri dəfələrlə eşitsək də, “heç nə olmaz, nə olacaq ki?!”, – deyib əhəmiyyət belə verməmişik.
Xalq arasında meningit kimi tanınan xəstəliyin əslində ölüm demək olduğunu çoxumuz  bəlkə də bilmirik. Ailem.az dünyada ölümün ikinci səbəbi olan meningitin simptomları, müalicəsi və profilaktikası haqqında məlumat verəcək.
Həkim nevrapotoloq Fəxriyyə Əhmədovanın sözlərinə görə, meningit – baş və onurğa beynin yumşaq qişalarının iltihabıdır. İltihabı virus və bakteriyalar törədə bilər. Bu yoluxucu bəla kiçik yaşlı uşaqları və yeniyetmələri hədəfə alsa da, yaşlı adamlar da  xəstəliyin qurbanı ola bilər: “Meningitin kəskinləşməsi uşaqlarda karlığa, epilepsiyaya, zehni inkişafın dayanmasına səbəb ola bilər. Xəstəlik vaxtında müalicə edilmədiyi təqdirdə kəskinləşir və ölümlə nəticələnir. Meningit beyin qişalarının iltihabı xəstəliyidir. Xəstəliyi əsasən müxtəlif mikroblar və viruslar törədir. İnfeksiyanın giriş qapısı yuxarı tənəffüs yolları, əsasən burun-udlaqdır. Bakterial meningit və meninqokokk septisemiya çox ciddi xəstəliklərdir və təcili antibiotiklərlə müalicə olunmalıdır. Amyöblu meningit – çox ciddi və nadir rast gəlinən xəstəlikdir. Lakin bu xəstəlik demək olar ki, həmişə ölümlə nəticələnir. O, geotermal su hovuzlarının sakini olan amyöb tərəfindən törədilir. İnsan su altında üzərkən onun burnundan bədəninə keçə bilər”.
Həkim bildirir ki, viruslu meningit bakterial formasından daha çox yayılıb. O, həyati təhlükə yaratmır, lakin bədəni çox zəiflədir. Virus asqırarkən və öskürərkən, həmçinin natəmizlik nəticəsində kanalizasiyayla yayılır.
Meninqokokk daşıyıcısı asqıranda və öskürəndə törədici mikrob hava ilə başqa insanlara keçə bilər, lakin yaxşı ki, hər insan meningit xəstəliyinə yoluxmur. Yoluxma öpüşlə də keçə bilər.
F. Əhmədova deyir ki, meningit zamanı ənsə əzələləri gərilir, xəstənin başı daim arxaya dartılır. Baldırlarda bükücü əzələlərinin reflektor gərginliyi meydana gəlir. Başı arxaya bükdükdə ayaqlar da dala bükülür və qarın dartılır. Bir ayağı bükdükdə o biri də qeyri-iradi bükülür: “Xəstəliyin inkubasiya dövrü 5-7 gündür. Şiddətli baş ağrıları meningitin daim davam edən və ilk simptomudur. Alın-təpə nahiyəsində baş ağrısı ilə yanaşı, boğazda ağrı və acışma, quru öskürək, burun tutulması, az hallarda burundan selikli-irinli ifrazatın axması xəstələrin səciyyəvi daimi şikayətləri sayılır”.
Bununla yanaşı  bir çox xəstələrdə  kefsizlik, süstlük, zəiflik, iştahanın azalması, yuxunun pozulması müşahidə olunur. Xəstələrin çoxunda bədən temperaturu çox yüksək olsa da,  bəzən orta dərəcə də olur. Qızdırma 1-3 gündən artıq olmur. Dəri solğunlaşır və konyunktiva və skleranın damarları infeksiyalaşır. Burunun selikli qişası hiperemiyalaşmış, şişmiş olur. Onurğa beyni mayesi dəyişilir, başağrısı, qusma, psixikanın pozulması və s. müşahidə edilir. Xəstələr səs-küyü, ucadan danışığı, işığı sevmirlər: “Meningitin çox iti cərəyan edən forması olduqca kəskin başlayır. Xəstə huşunu itirib yıxılır. Temperatur kəskin sürətdə yüksəlir, taxikardiya tənəffüs pozulur. Xəstəlik o qədər sürətlə inkişaf edir ki, meningetal əlamətlər və beyin-onurğa beyin mayesi tərkibinin dəyişməsi özünü biruzə verə bilmir. Temperatur 38-39 dərəcəyə qədər yüksəlir. Dəridə qırmızı rəngli səpkilər olur, taxikardiya baş verir, arterial qan təzyiqi enir, qanda leykositoz yüksəlir. Bəzən oynaqlarda iltihabi prosesin başlanması xəstəliyi poliartiritə bənzədir. Həddən artıq kəskin şəkildə başlamış meninqokikksemiya çox sürətlə inkişaf edib, malyariyada olduğu kimi titrətmə-qızdırma verir, dəri avazıyır, taxikardiya və tənəffüs pozğunluğu meydana çıxır. Xəstə huşunu itirir”.
Meningitdən şübhələnərkən xəstə mütləq həkimə müraciət etməlidir və ya təcili xəstəxanaya yatırılmalıdır. Vaxtında həkimə müraciət edildiyi zaman xəstəliyin demək olar ki, bütün formaları müalicəyə tabe olur. Müalicədə əsasən antibiotiklərdən istifadə edilir, müalicə müddəti 3-5 gündür.
Meningitin bəzi formalarının qarşısını vaksinasiya ilə də almaq olar. Vaksin yeridiləndən sonra yalnız 3 il ərzində təsir göstərir və sadəcə 80% insanları yoluxmadan qoruyur. Vaksin 18 ayadək uşaqları qorumur.
Həkim deyir ki, meningitdən qorunmaq üçün gigiyenik qaydalara riayət etmək laızmdır.   Özünüzü qorumaq üçün əlləri müntəzəm yumaq, öz şəxsi qab-qacağınızdan, dəsmalınızdan istifadə  etmək lazımdır. Meningitdən əziyyət çəkən xəstə antibiotiklərlə müalicənin başlamasından sonra 24 saat ərzində xəstəliyi yoluxdura bilər. Əgər siz xəstə ilə təmasda olmusunuzsa, mütləq həkimə müraciət edin.

MƏNBƏ:

XEZERXEBER.COM

Read Previous

3 YAŞLI UŞAĞIN ALLAHA ŞİKAYƏTİ

Read Next

PREZİDENT İSTEFA VERDİ

One Comment

  • Axshaminiz xeyir.. Bizim oglanda hec bir shey yoxuydu normal saglam ushaq idi seher oyananda qizdirma ve qusma odu fantan kimi tecili yardima muraciet etdik iki defe(seher axaham?) temeraturasi ve halsizliq olurdu.. 2 ci gunu gelen tecili yardim xestexanaya kocurdu ushagi ve miningit diaqnozu qoyuldu… Men oyrenmek isteyiren biz mualice ucun geciknemishik? Yoxsa tam avaxtinda mudaxile etmishik?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.