• 13 Noyabr 2024

PREZİDENT İSTEFA VERDİ

55698Mərkəzi Afrika Respublikasının prezidenti Mişel Cotodia və ölkənin baş naziri Nikolya Tianqey istefa verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Cotodia Mərkəzi Afrika Respublikasında müsəlman azlıqların nümayəndəsidir və ötən ilin mart ayında özünü prezident elan etmişdi.

O zaman əksəriyyəti müsəlmanlardan təşkil olunan “Seleka” qruplaşmasının döyüşçüləri Cotodianın rəhbərliyi altında hərbi çevriliş edərək MAR-ın paytaxtı Banqini ələ keçirmişdilər. Devrilmiş prezident isə ölkəni tərk etmək məcburiyyətində qalmışdı.

Çevrilişdən sonra ölkədə dini dairələr arasında qanlı toqquşmalar baş vermişdi. BMT-nin hesablamalarına görə, təxminən 600 nəfər həlak olmuş, 159 nəfər isə evlərini tərk etməyə məcbur olmuşdu.

Qeyd edək ki, Mişel Cotodia əksəriyyəti xristian olan ölkədə ilk müsəlman lider olub.

MƏNBƏ:

ANSPRESS

Read Previous

ÖLÜM SAÇAN XƏSTƏLİK “MENİNGİT”

Read Next

MÖMİNLƏRİN ANASI HZ. AİŞƏ (RA)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.