• 29 Mart 2024

Ölüm xəbəri uşaqlara necə verilməlidir?

İçerikÖlüm faktı ilə üzləşən balaca yeni bir duyğu ilə tanış olur. Böyüklərdən fəqrli olaraq uşaqların ölüm halı ilə üzləşməsi fərqlidir. ANN.Az türk mətbuatına istinadən xəbər verir ki, uşaqlara ən əziz, yaxud yaxın birisinin ölümü ilə bağlı durumu anladarkən diqqətli olmaq lazımdır. Təcrübə onu da göstərir ki, müxtəlif yaş həddlərində uşaqların ölüm halını qarşılaması, reaksiyaları fərqli olur. 

Hər birimiz ömür boyu yaxın, uzaq, əziz, doğma, yad və başqa insanların ölüm xəbərini eşidir, hətta bəzən bu xəbərin digərlərinə vermə vəziyyəti ilə üzləşə bilərik. Bir adama onun yaxınının ölümünün xəbərini vermək olduqca üzücü bir haldır. Qaldı ki, belə bir xəbərin balaca yaşda olan uşaqlara verilməsi… Ölüm xəbərinin verilməsi zamanı qarşıdakı şəxsin yaşı mütləq nəzərə alınmalıdır. Bu xəbər verilərkən uyğun zaman və şərait seçilməli, qarşı tərəfin sağlığı üçün ani addımlar atılmamalıdır.

Uşaqlara isə ölüm halını açıqlamazdan öncə onun bu durumu anlaya bilib-bilməyəcəyi yaşda olub-olmadığını, sosial çevrəsini, yaşam şərtlərini nəzərə almalıyıq:

5-6 yaş: “Ölüm” halını anlamağa başlayar, amma bunun geriyədönməziyini təsvir edə bilməz.

6-7 yaş: Bu yaşlardan etibarən ölümün hərkəs üçün və qaçılmaz olduğunu anlamağa başlayar.

7-10 yaş: “Ölüm” halını tam olaraq anlayar.

10-12 yaş: Bu halla bağlı fəlsəfi düşüncələri ortaya çıxar. “Ölüm” halının onlara xəbər edilməsi təhlükəli ola bilər. Bu yaşlarda olan uşaqlar yeniyətməlik dövrünə qədəm basdıqları üçün hətta TV-lərdən, sosial şəbəkələrdən oxuduqları ölüm halları üçün “model” ola bilərlər.

İtkisi olan uşaq hansı duyğuları yaşayır?

Ana-ata itkisi zamanı uşaq özünü daha çox günahlandırır: “Mən nə etdim ki? Mənim xətam nə oldu ki?”, qardaş-bacı itkisi zamanı “Qazandım, amma…” düçüncələri ilə baş-başa qalar, özlərini qismən suçlu bilərlər. Yas mərasimləri zamanı ata-ananın, yaxud ailənin digər böyüklərinin ölən uşaq haqqında “Çox yaxşı uşaq idi, heç bir eybi-filanı yox idi, hədsiz ağıllı idi” və sairə deməsi, sağ qalan uşaqda bunun doğru olmadığı düşüncəsini yarada bilər, amma qardaşının, yaxud bacısının artıq həyatda olmamasına görə bunu dilə gətirə bilməz, nəticədə uşaq ağır psixoloji yük altında qalar. Uşaq qardaş, yaxud bacısının öldüyü bənzər bir təhlükənin altında olduğunu hiss edər, yaxud “Mən də ölməliyəmmi?”, “Mən də təhlükə altındayammı?” – deyə düşünə bilər.

Ana-ata itkisi “güvəndə olma” hissini sarsıdar, yaxud bu hissin tamamilə itməsinə səbəb ola bilər: “Bəs məni sevirdilər? Məni həmişə qoruyacaqdılar? Nə oldu, hara getdilər?”, “Nəyə görə öldülər?”, “Mənə qızdılar?”, “Mən nədə səhv etdim?” kimi suallar altında özlərini əzilmiş hiss edərlər. 

Uşaqlarla necə davranılmalı?

Xüsusilə balaca yaşda uşaqlara “getdi” və sairə sözlər əvəzinə həqiqət deyilməli – “Öldü” bildirilməlidir. Əks təqdirdə uşaq bütün ömrüboyu ölən şəxsin geri dönəcəyi xəyalı ilə yaşaya bilər. Ona “səfərdədir”, “xəstəxanadadır” və sairə deməklə aldatmağımız uşağın özümüzə qarşı olan inam hissinin sarsılmasına yol aça bilər. Hətta böyüklər bu vəziyyətdə öz duyğularını – ağlamalarını, iztirab çəkmələrini uşağa göstərməkdən çəkinməməlidir. Bunun sayəsində uşaq da öz duyğularını içlərində saxlamayacaq, biruzə verəcəklər. Böyüklərin hisslərini göstərməsi uşaqlara əlavə suallar verməsi üçün cürətləndirəcək.

Uşağa əzizinin ölüm xəbərini söyləyəcək şəxs ona hissi baxımdan yaxın olan ailə fərdi olmalıdır. Əgər lazım olarsa, bu durumda peşəkar bir mütəxəssisin yanlarında olması da mümkün hesab olunur.

mənbə:

xezerxeber.com

Read Previous

Həccə gedənlər üçün təhlükə var?

Read Next

Dindarlar üçün xüsusi geyim hazırlanır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.