• 27 Dekabr 2024

Ölümdən sonra baş verənlər

mezarÖldükdən sonra bədənimizdə nə olacaq? Cəsəd necə çürüyür? Bu barədə məlumatlar nə qədər tükürpədici olsa da, bir o qədər maraqlıdır.

Öldükdən təqribən 30 dəqiqə sonra bədəndə refleks deyə bir şey qalmır. Əzələlər boşaldığı üçün ağız və gözlər açıq qalır.

Öldükdən sonra 10 saat ərzində bədən quruyur. Əgər ölüm adrenalin ifraz edən anda və ya hər hansı mübarizə anında baş veribsə cəsəd həmin anda quruya bilər.

Cəsəd hər saatda 1 dərəcə temperatur itirir. Ağır çəkili insanların iç orqanları daha gec soyuyur. Uşaqlar və arıq insanlarda isə soyuma prosesi daha sürətli olur.

Ölümdən 24 saat sonra bədəndə çürümə prosesi başlayır. Tənəffüsün dayanması ilə bakteriyalar işə başlayır. İlk çürüyən orqanlar göz, beyin, mədə və bağırsaqlar olur. Əgər ölən şəxs kökdürsə, duzlu suda boğulubsa daha gec çürüyür. Ən gec çürüyənlər isə ürək, böyrək və uşaqlıqdır. Uşaqlığın çürüməsi aylarla davam edə bilər.

Mədə və bağırsaqlarda bakteriyalar daha sürətlə işlədiyi üçün qaz yaranır. Bu qaz qarın nayihəsinin şişməsinə və bədənin qaralmasına səbəb olur.

Bəzən ölən şəxsin dırnaqlarının uzandığı deyilir. Lakin bunun heç bir əsası yoxdur. Ölüm anından sonra dəri dartılır və dırnaqlar üzə çıxır. Bu da onların uzandığı effektini yarada bilər.

Əzələlər sümükdən ayrılma prosesi ölümdən 40 gün sonraya təsadüf edir. Xalq arasında mərhumun qəbir əzabının azaldılması məqsədi ilə ehsanlar verilir.

Mənbə:

anspress.com

Read Previous

İsraildən dəhşətli vəhşilik

Read Next

Azərbaycanda dövlət səviyyəsində Quran müsabiqəsi keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.