• 03 Dekabr 2024

Orucun orqanizmə müsbət təsir göstərməsi üçün nə etmək lazımdır?

Orucun orqanizmə müsbət təsir göstərməsi üçün nə etmək lazımdır?

Mütəxəssislər bildirirlər ki, orucun orqanizmə yaxşı təsir göstərməsi üçün aşağıdakılara riayət etmək lazımdır:

1. Orucu tam şəkildə – sübh tezdən günəş batanadək tutun…

2. Obaşdanlığa (sahura) qalxın, yeməyi orucun başlanma vaxtınadək gecikdirin. Yaxşı olardı ki, obaşdanlıqda meyvə və xurma yeyin, su için. Bu, orqanizminizə gün boyu güc qazandıracaq, aktivliyini təmin edəcəkdir. Bu səbəbdən Peyğəmbər müsəlmanlara xurma və su ilə oruc tutmağı tövsiyə etmişdir.

3. Gündəlik işlərinizi təbii formada, artıq zəhmət çəkmədən yerinə yetirin. Bəziləri elə hesab edirlər ki, oruc zamanı az hərəkət etmək, az işləmək lazımdır ki, bu da doğru deyildir.

4. İftar zamanı əvvəlcə bir neçə xurma yeyin, su için. Azacıq istirahətdən sonra, yaxşı olar ki, axşam namazını qılın. Bundan sonra süfrəyə əyləşmək və yemək olar. Tövsiyə olunur ki, iftar süfrəsində ağır yeməklər olmasın. Yüngül və çeşidli yeməklərlə Ramazan boyu mədəyə istirahət vermək lazımdır.

5.  İftardan sonra iki saat istirahət edin. Daha sonra gəzişə, ya da təravih namazını qıla bilərsiniz. Ramazan ayında, iftardan sonra təravih namazının qılınmasının hikməti də elə budur – həzm işlini asanlaşdırmaq.

6. Tezdən oyanmaq və obaşdanlıq yemək üçün vaxtında yatın.

7. Obaşdanlıqdan bir az əvvəl oyanmağa çalışın. Bu müddət ərzində düşüncələrə dalın, mənən sakitləşməyə çalışın, və ya gecə namazı qılın.

Elmi cəhətdən sübut edilmişdir ki, gecəyarı oyanıb, yüngül hərəkətlər etməyin, o cümlədən namaz qılmağın fizioloji, psixoloji və gigiyenik faydaları vardır. 

8. Bu ayda, adət etdiyiniz zərərli vərdişlərdən (siqaret çəkmək, alkoqollu içkilər qəbul etmək, normadan artıq yatmaq, günün xeyli hissəsini televizor və kompüter qarşısında keçirmək, həddindən artıq yemək…) xilas olmağa çalışın.

9. Otuz gün davamlı şəkildə oruc tutun. Üzrlü səbəblər olmadıqca oruca ara verməyin.

10. İllik məzuniyyətinizi, çalışın, Ramazan ayına salın. İmkan daxilində Ramazanı təbiət qoynunda, kənd yerlərində keçirin, şəhərlərin səs-küyündən uzaq olun. Nəticədə, siz Ramazan ayının orqanizminizə faydasını hiss edəcəksiniz. Məhəmməd peyğəmbər də (Ona Allahın xeyir-duası və salamı olsun!) Ramazanın son on günündə bu cür edərmiş.

 

Read Previous

Asan şəkildə oruc tutmaq sizin öz əlinizdədir.

Read Next

Təravih namazı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.