• 25 Dekabr 2024

Özünüzü cəhənnəm odundan qoruyun!

akilli_insanŞeyx Sədi həzrətləri buyurur: “Ağıllı insanlar, mallarını, pullarını o biri dünyaya gedərkən özləri ilə apararlar. Ancaq xəsislər, mallarının həsrətini çəkərək onu dünyada buraxıb gedərlər. “Rəsulullah (səv) əfəndimiz, çətinliklər qarşısında ümidsizliyə, mal-mülk sahibi olunca da kibir və qürura düşməmək üçün: “Ey Allahım! Əsas həyat, axirət həyatıdır. ” Deyə niyaz etmişdir. (Buxari, Riqaq, 1) Beləcə hər zaman axirəti xatırlayıb fani əziyyətlərə də, rahatlıqlara da aldanmamaq lazım olduğunu təlqin buyurmuşdur.
Dünya, axirətin tarlasıdır. Bu səbəbdən bu dünyada edilən infaqlar, axirət məhsulu üçün əkilən toxumlar kimidir. Ayəti-kərimədə buyurulur:”… Özünüz üçün öncə (dünyada) nə yaxşı iş görsəniz, Allah dərgahında onun daha xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz….” (əl-Muzzəmmil, 20) “… Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin (mənfəəti) ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz!” (Əl-Bəqərə, 272) “Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir.” (Əl-Fəcr, 23-24) Yəni insanın həqiqi sərvəti və zənginliyi, dünya həyatında ikən etdiyi infaqlar qədərdir.

Məhəmməd Əsad Ərbili (ks) belə buyurur:” Kiracıların, bir evdən digərinə köçərkən bütün əşyalarını özləri ilə aparıb, sevdikləri mallardan heç bir şeyi saxlamadıqları məlumdur. Hal belə ikən, insanların, hər şeyə möhtac olduqları qəbir evinə gedərkən sevdikləri əşyalarından qismən olsun bir şeyi özləri ilə götürməmək (yəni infaq edib özlərindən əvvəl axirətə göndərməmək), həqiqətən heyrət verici bir vəziyyətdir.”(Məktubat, s. 16, no: 5) Demək ki bir mal və ya sərvətin sahibinə əsl faydası, onun infaqlarla və xeyr işləri ilə əvvəlcədən axirətə göndərilə bildiyi nisbətindədir. Bu hadisə, bu həqiqəti nə gözəl ifadə edir: Peyğəmbər Əfəndimiz (səv) -in ailəsi bir qurban kəsmiş və onu paylamışdılar. Əfəndimiz (səv), qurbandan geriyə bir kürək sümüyü qaldığını eşitdikdə “Desəniz ki, bir kürək sümüyü xariç hamısı bizim oldu.” Buyurdu. (Tirmizi, Qiyamət, 33) Demək ki gerçək mülkümüz, infaq edəbildiklərimizdir. Allah Rəsulu (səv) əfəndimiz belə buyurmuşdur: “Allahu Təala, sizin hər birinizlə arada tərcüməçi olmadan danışacaq. insan sağ tərəfinə baxacaq, axirətə göndərdiklərindən başqa bir şey görə bilməyəcək, sol tərəfinə baxacaq, axirətə göndərdiklərindən başqa bir şey görə bilməyəcəkdir. Sonra önünə baxacaq, qarşısında Cəhənnəmdən başqa bir şey görə bilməyəcəkdir. O halda artıq (heç bir imkanınız yoxdursa) bir xurmanın yarısı qədər də olsa, özünüzü cəhənnəm atəşindən qoruyun. Bunu da tapa bilməyənlər, gözəl bir sözlə özünü qorusun. “(Buxari, Zəkat, 9, 10; Müslim, Zəkat, 67, 97)

Mənbə:islamveihsan.com

Read Previous

Suriyada Yermuk düşərgəsindən qaçan bir qadının anlatdığı tükürpərdici dəhşətlər

Read Next

Yetim müsəlmanların atəşpərəst qonşularına duaları

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.