• 03 Dekabr 2024

Suriyada Yermuk düşərgəsindən qaçan bir qadının anlatdığı tükürpərdici dəhşətlər

yermuk_kampı Aclıq səbəbiylə ölümlərin yaşandığı Yermuk düşərgəsindən qaçan Ruqiyyə Abdullah qorxunc hadisələr anlatdı.
Suriyada rejimin mühasirəsində qalan insanların acından ölməmələri üçün, “pişik əti yeyilə bilər” fətvasının verildiyi Yermuk düşərgəsində olan Ruqiyyə Abdullah yaşadıqlarını və düşərgədəki dramı anlatdı.
Suriyada 5 ildən çox müddətdən bəri davam edən vətəndaş müharibəsində insanların yalnız silahlarla öldürülmədiyini, ölkədə, rejim və polis güclərinin mühasirəsi altında olan bir çox bölgədə aylarla qida və təməl ehtiyac maddələrindən məhrum edildiyini ifadə edən Ruqiyyə Abdullah, insanların ölümə tərk edildiyini ifadə etdi.
Talehsiz qadın: Şamda 2013-cü ilin ortalarında rejimin mühasirəsinə girən aclıq və xəstəlikdən ölümlərin yaşandığı Yermuk düşərgəsi, filmlərə, romanlara mövzu olacaq hekayələrin yaşandığı bölgələrdən biri olduğunu ifadə etdi.
Mühasirənin yaşandığı düşərgədə biri əlil olan 3 uşağıyla birlikdə, 5 ay əvvəl, bir yolunu taparaq qaçmağı bacaran və Türkiyəyə gələn Ruqiyyə “cəhənnəm” adını verdiyi düşərgədə yaşadıqlarını unuda bilmədiyini dilə gətirdi.
Aclığın, yoxluğun, qorxunun və ölümün 2013 Ramazanında başladığını ifadə edən qadın, düşərgədən qaça bilən şanslı insanlardan biri olduğunu ifadə etdi.
Digər insanlar kimi, çox çətin şərtlər altında yaşadığını deyən gənc qadın: “Həyatın ən təməl ehtiyacı olan çörək və şəkər kimi təməl qida vasitələrindən məhrum idik. Bunları əldə etmək bizim üçün bir xəyal idi. Sadəcə mən deyil, oradakı hər kəs mənim kimi idi. Bir çox uşaq aclıqdan həyatını itirdi. Əlil qızım çox çətinliklər çəkdi. Vəziyyəti daha da pisləşmişdi.” Dedi.
Ruqiyyə Abdullah belə davam etdi:
“Bir çörək qırıntısından belə məhrum idik. Xüsusilə düşərgədə son 4 ayı su ilə keçirdik. Qarnımızı doyurabilmək üçün suya ədviyyat əlavə edirdik. Siz insanların pişik əti yediyini eşitmisiniz bəlkə, amma mən gözlərimlə gördüm. Küçədə uşaqların kardon parçalarını yediklərini gördüm. Zibilliklərdən yeyilə biləcək bir şey axtardıqlarını gördüm. Ətrafda heç bir şey yox idi. Pulun olsa belə alacaq bir şey tapa bilməzsən. Rejim bizi elə bir mühasirəyə aldı ki, düşərgəyə heç bir şey girə bilməz vəziyyətdə idik.
Mühasirənin ilk günlərində tərk edilmiş evlərdə, quru çörək qırıntıları tapdıqlarını izah edən zavallı qadın, çörək parçalarının üzərindəki kifləri odun atəşiylə təmizləyib, uşaqlarına yedirdiyini söylədi.
“Əlindəki kağızı bölərək yeyən uşaq gördüm.”suriya

 

 

 

 

 

 

Sonrakı günlərdə bu kiflənmiş quru çörəklərdən belə məhrum qaldıqlarını ifadə edən xanım bunları qeyd etdi:
“Bu mühasirə xüsusilə uşaqlara çox təsir etdi. Bir uşağın ən sadə xəyali qarınının doyması və oyun oynamas idi. Bir dəfə, ətrafda bir şey olmadığını bilə-bilə özümlə lağ edərcəsinə bombalar altında yemək axtarmağa çıxmışdım. Ot toplamağa başladım. Orada tək qalan və bir bitki növü olan ‘quş ayağı’ adındakı bu otdan çox sayda insan yemək məcburiyyətində qaldı və həyatını itirdi. Gedərkən hıçqırıqla ağlayan bir uşaq gördüm. Əlində bir kağız parçasını bölərək yeyirdi. Uşaq 10 yaşlarında idi. Yeməyək bir şey tapa bilmədiyini və aclığını basdırmağa çalışdığını söylədi. Bir dəfə də bir qrup insan gördüm. Pişiyin dərisini üzürdülər. Bütün bunları cümlələrlə izah edə bilmək çox çətindir. Rejim bizi mühasirəyə alanda, elə bir rəftara məruz qaldıq ki, bir kafirə və bir heyvana belə bu rəftar edilməz. İnsanlar bombardmandan çox aclıqdan öldü. Yolda gedərkən insanların bir qisminin birdən birə yıxıldığını, aclıqdan həyatını itirdiyini, bir sümük və dəridən ibarət qaldığını gördüm. Allah bilir, neçə gündür yemək yemədiklərini düşünmüşdüm. Elə bir hala gəldik ki artıq bombardmanı önəmsəmirdik. Tək istəyimiz yeməyə bir şey tapıb uşaqlarımızın qarınını doyurmaq idi. İnsanlar sıra ilə bir-bir gözümüzün qarşısında ölürdü. 9 ay ərzində heç çörək görmədik. Su içib, ot və karton yeyirdik. Bir gün oradan qaça biləcəyim ağlımdan belə keçməmişdi. Allaha şükür olsun bir yol tapdım və həmin qorxunc yerdən çıxabildim..”
Düşərgəyə gələn humanitar yardımların yetərsiz olduğunu ifadə edən Ruqiyyə xanım, göndərilən yardımların bir çoxunun yolda rejim gücləri tərəfindən oğurlandığını və çox azının düşərgəyə çatdığını vurğuladı.
Ayrıca onlara gələn yardımların belə pulla satıldığını ifadə edən qadın, belə dedi:
Media orqanlarında 100 uşağın həyatını itirdiyi deyildi. Həqiqətdə isə bu rəqəm daha yüksəkdir. Yalnız aclıqdan deyil, bir çox uşaq şəkər çatışmamazlığından həyatını itirdi. Xəstəxanalarda yeni doğulanlarla birlikdə 3-4 yaşına çatmış və bu səbəblə ölən çox sayda uşaq gördüm.

Mənbə:islamveihsan.com

Read Previous

Abort haqqında (video)

Read Next

Özünüzü cəhənnəm odundan qoruyun!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.