Kvetta şəhərində törədilən partlayışda 100-dən çox insan həyatını itirib.
Pakistanın Kvetta və Minqora şəhərlərində törədilən partlayışlar nəticəsində ümumilikdə 115 nəfər ölüb. Kvetta polisinin məlumatında partlayışlar şəhərdəki bilyard zallarından birində törədilib.
Xarici KİV “Ləşkəri-Civangi” qrupunun öz öhdəsinə götürdüyü partlayışlar nəticəsində 270-dək insanın yaralandığını yazıb. Habelə xəbərlərdə Minqora şəhərindəki məscidlərdən birinin yaxınlığında törədilən partlayışda isə 22 nəfərin öldüyü, 40 pakistanlının isə müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilib.
Yerli mətbuat partlayışların səhər saat 04.22 radələrində baş verdiyini yazıb.
/azerimuslims/