Həkimlərdən ibarət briqadanı aparan təyyarə Türkiyədən Misirə yola salınıb.
Türkiyənin Yer Üzü Həkimləri Təşkilatının üzvləri Fələstinin Qəzza zolağına yollanıblar.
Həkimlər briqadasının sözçüsü Süleyman Gündüz İsrailin son hücumundan sonra Qəzzada bir çox insanın yaralandığını qeyd edərək, zolağa ziyarətin yaralılara tibbi yardım məqsədilə həyata keçirildiyini deyib.
Daha əvvəl də İordan çayının qərb sahilində və Qəzzada səhiyyə sahəsində meydana gələn problemlərin aradan qaldırılmasında iştirak etdiklərini deyən Gündüz türkiyəli həkimlərin fələstinli həmkarları üçün treninq və kurslar keçirdiyini də qeyd edib.
/azerimuslims/