• 15 Noyabr 2024

Peyğəmbərimizi (s.ə.s) Həzrət Əbu Bəkr kimi sevmək…

Məkkə fəth edilmiş, sirkin beli bir daha doğrula bilməyəcək şəkildə o torpaqlarda qırılmışdı. O gün Hz. Əbu Bəkr (r.a)  hələdə iman gətirməyən , gözləri kor olan, yaşı isə 80 –i haqlayan atası Əbu Kuhafənin müsəlman olması  üçün yalvarıb yaxarmış və nəhayət onu yola gətirdikdən sonra şəhadət kəlmələrini söyləməsi üçün əllərindən tutaraq Peyğəmbərimizin (s.ə.s) hüzuruna gətirmişdi. Peyğəmbərimiz (s.ə.s) bu yaşlı atanın gəlişini görüncə: “ Ey Əbu Bəkir! Atana niyə bu qədər zəhmət verdin, söyləsəydin biz onun ayağına gələrdik” deyə öz incə iradını bildirincə, Hz. Əbu Bəkr (r.a) ona yaraşan bir cavabla belə dedi: “Xeyr, Ey Allahın Rəsulu! Əgər bir kimsə kiminsə ayağına gedəcəksə, əlbəttə ki, o  siz deyil, biz olmalıyıq. Siz atamın ayağına  yox, atam sizin ayağınıza gəlməlidir”. Bu ibrətlə dolu dialoq əsnasında kənarda oturan Hz. Əbu Bəkirin atası Əbu Kuhafə, çox keçmədən şəhadət cümlələrini təsdiq  edərək, iman gətirdi. Onun iman etdiyini görən sevimli Peyğəmbərimiz (s.ə.s) elə sevindi ki, mübarək üzündən təbəssüm açıq-aşkar hiss olunurdu. Peyğəmbərimiz (s.ə.s) uzun illər atasının iman etməsi üçün çalışan Hz. Əbu Bəkirin də çox sevindiyini düşünərək,  təbrik etmək məqsədi ilə ona tərəf baxdı və  çaşıb qaldı. Çünki,  Hz. Əbu Bəkir (r.a) olduğu yerdə çömbəlmiş, gözlərində yaş, üzündə isə dərin bir hüznlə hıçqıra-hıçqıra ağlayırdı. Peyğəmbərimiz (s.ə.s) sadiq dostunu bu halda görərkən çox təəccübləndi. Allah Rəsulu (s.ə.s)  Hz. Əbu Bəkirin (r.a)  qollarından tutaraq onu qaldırdı və nə üçün ağladığını bu şəkildə soruşdu:  “ Ey Əbu Bəkir! Atanın iman gətirməsinə sevinib, üzündə güllər açıb Rəbbinə şükür etməyin  lazım olduğu halda, bu göz yaşları niyə, bu üzüntü nədən?

Bəs elə isə sizcə Hz. Əbu Bəkr (r.a) nəyə görə ağlayırdı? Nə idi onu belə bir sevincli  gündə ağlamasına səbəb olan şey?  İnanın qırx il düşünsək ağlımıza belə gəlməz; çünki o an Rəsulullahın (s.ə.s) belə ağlına gəlməmişdi… O əsnada Hz. Əbu Bəkir (r.a) bir tərəfdən göz yaşlarına hakim olmağa çalışarkən, digər tərəfdən də belə buyurdu:

“ Ey Allahın Peyğəmbəri! Uzun İllərdir atamın hidayətə gəlməsi üçün Rəbbimə dua edib yalvarırdım. Onun iman gətirməsi üçün hər şeyimi qurban verməyə hazır idim. Bilirəm ki, sizdə mənim bu hislərimi eyni ilə əminiz Əbu Talibə qarşı hiss etmisiniz . Bəli bu gün mən arzuma çatdım, ancaq siz bu sevincdən məhrum qaldınız.  Siz bu arzunuza nail olmadığınız  üçün mən ağlayıram. Atamın iman gətirməsi ağlıma bunları gətirdiyi üçün ağlayıram.”

Bu sözlər qarşısında Peyğəmbərimiz (s.ə.s) göz yaşlarını saxlaya bilməyib hönkürə-hönkürə ağlamağa başladı.

Bəli Hz. Əbu Bəkirin (r.a) Peyğəmbərimizə bəslədiyi sevgi bu dərəcədə idi.

Elə isə sən ey müsəlman,  Peyğəmbərimizin arzusuna nail olmadığı hər hansı bir istəyi üçün heç ağladınmı? Onu Hz. Əbu Bəkr kimi sevə bildinmi?

Uca Allah, Hz. Əbu Bəkrin Allah və Rəsuluna qarşı təslimiyyət və sevgisini biz müsəlmanlara da nəsib etsin! Amin!

Read Previous

“Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr.” (İnşirah surəsi 5,6-cı ayələr)

Read Next

TƏVƏKKÜLÜ DOĞRU BİL, DOĞRU ET!