• 14 Oktyabr 2026

Peyğəmbər əfəndimizin son vəsiyyəti

sonvesiyyetCənabı Haqq, namazı ciddiyə almayıb onu qəflətlə qılanlara belə: “Təəssüflər olsun!” Buyurarkən, bir də namazı tərk etmənin nə qədər dəhşətli bir hal olduğunu düşünmək lazımdır …Ayəti-kərimələrdə buyurulduğu kimi Cənnət əhli, Cəhənnəmə əhlinə uzaqdan uzağa soruşarlar:““Sizi Səqərə (Cəhənnəmə) salan nədir?”Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik;” (Əl–Muddəssir, 42-43)

Namazı tərk etməyin, heç bir haqlı və etibarlı bəhanəsi ola bilməz. Hərb halında belə müsəlman əsgərlər növbə ilə namazlarını camaatla qılarlar. (Nisa, 102.)

Bu səbəblə son nəfəsimizi verənə qədər, namaz barəsində könlümüzü daim oyanıq tutmalıyıq. Necə ki, Allah Rəsulunun son dəmlərini izah edən Həzrət–i Ənəs–radiyallahu anh–belə deyər:

“-Vəfâtı Əsnasında Rəsulullah səllallahu əleyhi və səlləm-Əfəndimizin yanındaydım. Bizə üç dəfə:

«-Namaz Barəsində Allahdan qorxun!» Buyurdu və belə davam etdi:

“-Əmriniz Altındakı insanlar haqqında Allahdan qorxun. İki zəif haqqında Allahdan qorxun: Onlar, dul qadın və yetim uşaqdır. Namaz barəsində Allahdan qorxun! .. »

Rəsulullah səllallahu aleyhi və səlləm daha sonra, “Namaz, namaz …” deyə təkrar etməyə başladı. Mubarək  ruhu Ən Uca Dosta yüksəlincəyə  qədər, bunu içdən içə təkrar edirdi. (Beyhaki, Şuab, VII, 477)

mənbə:
islamveihsan.com

 

Read Previous

Qurban əti yoxsa ibadəti!?

Read Next

Həccə getmək üçün yaş məhdudiyyəti qoyula bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.