Sosial şəbəkələrdə İslam peyğəmbəri Həzrəti Məhəmməd (ƏS) üçün 1 milyard salavat (Allahümmə Salli Alə Seyyidinə Muhammədin və Alə Əli Muhamməd) kampaniyası başladılıb.
ANS PRESS-in xəbərinə görə “Facebook” qruplarından birinin başlatdığı kampaniya İslam peyğəmbərinə 1 milyard salavat oxumağı nəzərdə tutur.
Kampaniyada iştirak etmək istəyən bütün internet istifadəçiləri qrupla əlaqə yaradaraq istədikləri sayda salavat oxuya bilərlər.
Bu gün başladılan kampaniya 20 may 2014-cü il tarixə qədər davam edəcək.
Bu tarixdə Türkiyənin tanınmış ilahiyyatçısı professor Nihat Hatipoğlu oxunan salavatlar üçün dua edəcək.
MƏNBƏ: