• 29 Mart 2024

Plastik qabların fəsadları böyüməkdədir.

img1284382Son illər bütün dünyada plastik qablardan təkrar istifadə ilə bağlı həyəcan təbili çalınmaqadadır. Artıq həyatımızın hər bir sahəsinə daxil olan bu qabların əslində orqanizmimiz üçün törədə biləcəyi təhlükələrdən bir çoxlarımız xəbərsizik. Bu gün isə müşahidə olunan hallardan biri də plastik qabların yığılaraq təkrar istifadə olunmasıdır. Xüsusən də plastik butulkaların təkrar istifadəsi geniş yayılıb. 
Plastik qabların təkrar istifadəsinin yolverilməz olduğunu deyən tibb məsələləri üzrə  ekspert Adil Qeybulla bu zaman plastik maddənin tərkibində yaranan toksiki maddələrin qidalara da keçə biləcəyini bildirir: “Çünki, bel əqablar Günəş şüaları altında qaldıqda bioksin adlı maddə ifraz olunur. Ona görə də müəyyən qida maddələrini həmin qablarda saxlamaq olmaz. Əslində, həmin qabların özləri birbaşa sərin yerlərdə saxlanmalıdır. Günəş altında saxlanması mələhət deyil. O ki qaldı təkrar istifadə, bu, artıq tullantı deməkdir. Plastik qabların təkrar emalı yalnız xüsusi texniki şərtlərlə həyata keçirilə bilər. Amma maksimum dərəcədə təkrar istifadədən uzaq durmaq lazımdır”.
Həkim plastik qabların bir çox ölkələrdəki kimi, Azərbaycanda da birdəfəlik qadağan olunmasının tərəfdarı olduğunu  da söylədi: “O ki qaldı ümumiyyətlə, plastik qabların perspektivinə, hazırda bu barədə dünyada müzakirələr gedir. Sakit Okeanda plastik qabların zibillərini təmizləmək üçün təxminən 30 il lazımdır. Çünki bütün kanalizasiyalar, zibilxanalar sonda dəniz və okeanlara axıdılır və sular çirklənir. Ona görə də hesab edirəm ki, bu qabların perspektivi də sual altındadır. Yəqin ki, bir müddət sonra bu qablarla bağlı bütün dünya üzrə qərarlar olacaq.  Dediyim kimi, təkrar istifadə də məsləhət deyil. Mən də tərəfdarıyam ki, Azərbaycanda da plastik qablardan istifadə birdəfəlik dayandırılsın”. 
Plastik qablar orqanizmimizlə bərabər ətraf mühitə, ekologiyaya da ciddi ziyan vurur. Onların 1000 ilə qədər parçalanmadığını deyən ekoloq Telman Zeynalov Movqe.az-a  ətraf mühiti gözləyən təhlükələrdən danışıb: “Plastik qablar böyük təhlükədir. Onu sadəcə, bir dəfə istifadə etmək olar. İkinci dəfə istifadə etmək qəti qadağandır. Çünki o elə struktura malikdir ki, 1000 il ərzində  parçalanmır və ətraf mühitə ciddi ziyan vurur. Bir tərəfdən torpaqların şumlanmasına mənfi təsir göstərir. Digər tərəfdən kanalizasiya qovşaqlarını tutur.  
Bir tərəfdən də dənizlərdə çirklənmələr yaradır. Atlantik və Sakit okeanlarda artıq plastik qablardan Amerika qitəsi kimi qitə yaranıb. Bu zibillər suyun buxarlanmasına mane olur, yağıntıların həcmi azalır. Nəticədə quraqlıq yaranır ki, bu da  ərzaq qıtlığına gətirib çıxarır”. 
Ekoloq plastik materialların yenidən emal edilərək dam örtükləri, parklarda yaşıllıqların kənarında salınan bəndlərin düzəldilməsində istifadə olunmasını təklif edir: “Göründüyü kimi, böyük problemlər yaşanır. Ona görə də plastik qabları yenidən əridib, emal edib təkrar istifadə etmək düzgün deyil. Daha məqdəuyğun olardı ki, plastik materialları əridib dam örtükləri kimi istifadə etsinlər. Çünki onlar min illərlə parçalanmır. Parklarda yaşıllıqların kənarında bəndlər salırlar ki, onların hazırlanmasıda plastikdən istifadə etmək olar. Çünki nə çürümür, nə də dağılmır. İkinci tərəfdən isə plastik qabın təkrar emalı 750 litr benzinə qənaət deməkdir”. 
Telman Zeynalov onu da bildirib ki, bu cür qabların tamamilə ləğvi üçün hökümətin qəti qərarı olmalıdır. Və onları emal edən qurumlara məlumat vermək lazımdır ki, ya şüşə qablara keçsinlər, ya da ki fəaliyyətlərini dayandırsınlar: “Gərək onları vadar eləsinlər ki, öz zibillərini özləri yığışdısınlar. Dövlət ona pul ayırmamalıdır.  Bir çox ölkələr plastik qablardan istifadəni qadağan edib və bu düzdür. Məsələn, Almaniya, Yeni Zelandiya tamamilə qadağa qoyub. Bir halda ki, bu qablar ətrafa, təbiətə, sağlamlığımıza zərər vuur, onda bizdə də  birdəfəlik buna son qoyulmalıdır. Hesab edirəm ki, ölkədə plastik qablardan tamamilə qadağan olunması məqsəduyğundur. Bunun əvəzinə şüşə qablara keçilsə, daha yaxşı olar. Qeyd edim ki, şüşə qabları 7 dəfə təkrar emal etmək olur”.
mənbə:

Read Previous

Peyğəmbərimiz (səv)-in uşaqlara münasibəti (görüntülü xütbə)

Read Next

Qeysəriyyə ana və övladı üçün təhlükəlidir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.