• 09 Noyabr 2024

QADINLAR QAŞLARINI ALA BİLƏRMİ?

imagesİnsan yaradılış etibarilə canlılar arasında xüsusi yerə sahibdir. O, ən gözəl biçimdə xəlq edilmişdir. Təkcə xarici görünüşcə deyil, daxilən də xariqüladədir. Bəşər övladı başqa canlılardan fərqli olaraq, duyğu, hiss, qəlb və vicdana malikdir.

İnsanın üzü yaradılışındakı gözəlliyin əks etdirən güzgü kimidir. Hər şeyi mükəmməl xəlq edən Rəbbimiz insan üzünü də son dərəcə gözəl yaradaraq camalının təcəllisini onda əks etdirmişdir. Qurani-Kərimdə insanın mükəmməl yaradılışı haqda buyurulur: “Biz insanı ən mükəmməl surətdə yaratdıq” (Tin surəsi 4). Yaradan da Allahdır. İnsana bu şəkli verən də Odur.

Məhz bu prinsipə görə Allahın təqdirinə razı olmayıb sırf gözəl görünmək üçün bədənimizdəki hər hansısa üzvə müəyyən əməliyyatlarla müdaxilə etmək, onun şəkil və formasını dəyişdirməyə çalışmaq (təbdil və təğyir) qadağan edilmişdir. Әzəli planda, bizim haqqımızda Qüdrəti sonsuz Rəbbimizin müəyyən təqdirləri vardır. Həyatda hər şey gözəllik deyildir. İkinci olaraq da gözəllik məfhumu şəxsə görə dəyişir. Fitrətə müdaxilə etmək dinimizdə qadağan edilmişdir.

Rəsulullah (s.ə.s) mövzu ilə əlaqəli bir hədisində belə buyurur: “Allah üzündəki tükləri alan və aldıran qadına lənət eləsin”(buxari, libas 84, müslim libas 120).  Bu hədisdə qəsd olunanın nə olduğu İslam fəqehləri arasında müxtəlif fikirlərin ortaya çıxmasına səbəb olmuşdur. Qadınların üzündəki tükləri alması, qaşlarını incəltməsi, kirpiklərini uzatması haqqında İslam alimlərinin bir çox fikirləri var.

İslam fitrət dinidir, əmr etdikləridə insan fitrəti ilə doğru mütənasibdir. Bir qadının üzündə kişilərdə olduğu kimi bığ və saqqal yerlərində və boyun ətrafında tüklər çıxmışsa və bu qadın fitrətində olmayan bir şey olduğu üçün bu cür tükləri alması və ya aldırması caizdir.

Həmçinin qadının ərinə gözəl görünmək üçün bəzənməsi, qaşlarının ətrafında (iki qaş arası və ətrafı) dağınıq formada çıxan tükləri al(dır)ması caizdir. Hədisdəki qadağa özünü ərindən başqalarına göstərmək məqsədilə bunları edənlərə aiddir. Ancaq bəzi alimlər bunu doğru hesab etmir və fitrətə müdaxilə olaraq qəbul etdiklərinə görə məkruh sayırlar.

Nəticə olaraq bunu demək olar ki, hədisdəki qadağa hormon pozulması və ya müəyyən səbəblərdən qadının üzündə sonradan çıxan, üzünü çirkinləşdirən tükləri almasına aid deyil. Ayrıca tükləri ərinin icazəsi ilə qaşı ətrafındakı dağınıq tükləri aldıra bilər. Ancaq başqalarına gözəl görünmək məqsədilə qaşlarını incəltmək, yuxarı qaldıraraq təbii formasını dəyişdirmək, qaş yerinə tatuaj etdirmək üçün qaşlarını almaq və ya aldırmaq fitrətə müdaxilə olduğu üçün qadağan edilmişdir.

Mənbə:

meneviyyat.az

Read Previous

EVLİLİYİN MƏQSƏDİ

Read Next

HAMİLƏ QADINLAR NAMAZ QILARKƏN ÇƏTİNLİK ÇƏKİRSƏ NƏ ETMƏLİDİR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.