• 08 Oktyabr 2024

Quran ayələri işığında Allahın rəsuluna itatət

Allah MuhammedHz. Peyğəmbərə itaət etmək bütün möminlərə fərzdir. Quranı Kərimdə Rəsulullah (sav) itaət edilməsinin lazımlı olduğuna önəmlə işarə edilmiştir. Bir çox ayədə, Allah Təala, özünə itaatı əmr etdikdən sonra Onun Peyğəmbərinə itaət edilməsini istemiştir. Quran, Allaha itaət ilə , onun Peyğəmbərinə itaəti bir-birindən ayırmamış, Allahın peyğəmbərinə itaət, Allaha itaət qəbul etmiş, hətta ona qarşı edilən itaətsizliyi Allaha itaətsizlik olaraq açıqlamışdır. Necə ki bu mövzuda belə buyurulmuşdur: Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik.” (Nisa 4)

Allah Təala, Rəsulullah (sav)-ə itaəti əmr etmişdir. Bir kimsə Allahın Rəsuluna (sav) itaət edərsə, Allah-Təalaya itaət etmiş olur. Çünki Allahın Peyğəmbərinə itaət edən bir kimsə, Allahın əmrinə tabe olmuş olar. Bir ayədə Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (Nisa 59) buyurulur. Göründüyü kimi Allah Təala, Peyğəmbər (sav) itaəti imanın şərtindən etmişdir. Hz. Peyğəmbər (sav), yalnız Allaha itaət əmr edir. Bu səbəblə bir kimsə Allahın Peyğəmbərinə itaət edər onun əmrinə sarılsa Allahu təalaya itaət etmiş olur. Bəzi rəvayətlərdə izah edildiyinə görə Hz. Peyğəmbər (sav) Mədinədə ikən Məni sevən, Allahı sevmiş, mənə itaət edən, Allaha itaət etmiş olur.”  buyurmuşdur: Münafiqlər bu mövzuda Peyğəmbər (sav) i ayıplayınca Allah Təalanın, Peyğəmbər (sav)in sözünü yoxlamaq məqsədilə Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olur. Kim üz döndərsə, (bilsin ki) Biz səni onlara gözətçi göndərməmişik ayəsini indirmiştir.

Allah Onun Peyğəmbərinə itaət edinayəsində bildirilən itaət mövzusuna belə şərh verilmişdir: Fərz qılınan şeylərdə Allaha, sünnə mövzusunda da Rəsulullah (sav) itaət edin. Bir başqa şərh də Allah kitabında əmr qadağan etdiyi şeylər mövzusunda Allaha itaət edin. Peyğəmbər (sav)-in sünnəsində əmr qadağan etdiyi mövzularda da ona itaət edin. Əmr etdiyi mövzularda Allaha, təbliğ etdiyi xüsuslarda Rəsulullah (sav) e itaət edin.

Hz. Peyğəmbərin açıqladığı, təbliğ etdiyi, buyurduğu, tətbiq təsdiqlədiyi mövzularda ona itaət etmək möminlərin vəzifəsidir. Çünki o, din mövzusunda söylədiyi etdiyi bütün işləri, vəhyin göstərişi altında həyata keçirmişdir. Allaha axirətə iman gətirənlərin onu nümunə alması, Quranın istədiyi ən əhəmiyyətlisusdur. Peyğəmbər (sav)-ə itaət etmədən, onun nümunə alınması nümunə qəbul edilməsi mümkün deyil. Onu sevən, ona itaət edər, ona bağlanar onun yolunda gedər. Ona itaət edilmədən onun sünnəsinə tabe olunmadan, onun sevgisinə nail oluna bilməz.

Allaha Onun Peyğəmbərinə itaət edən kəslərin böyük bir müvəffəqiyyət qazanacaqları, qurtuluşa çatacaqları, cənnəti qazanacaqları müxtəlif ayələrdə belə ifadə edilir:

Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz belələri uğura çatanlardır (əbədi səadətə – Cənnətə qovuşanlardır).(Nur 52) (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar.Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi). (Əhzəb 71-72). (Cihada getməməyə görə) kora günah gəlməz, topala-şilə günah gəlməz, bir də xəstəyə günah gəlməz. Kim Allaha və Peyğəmbərinə itaət etsə, (Allah) onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Kim (onlardan) üz döndərsə, (Allah) onu şiddətli bir əzaba düçar edər! (Fəth-17)

Yuxarıdakı ayələrdən açıqca aydın olacağı üzrə möminin, həm fani dünyada müvəffəqiyyət qazanması, həm axirətdəki əbədi səadəti əldə etməsi ancaq Allah Onun Peyğəmbərinə itaət etməklə mümkündür. Rəsulullah (sav)-ə itaətin olmadığı yəni sünnənin tərk edildiyi bir İslami həyat düşünülə bilməz. Quran, onun sünnəsi sayəsində aydın bir həyat kitabı olur.

Mənbə:

Read Previous

Peyğəmbərimiz (səv) bir daha gəlsəydi

Read Next

Səhabələrin peyğəmbər sevgisi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.