• 08 Oktyabr 2024

Şəhid səhabənin müsəlmanlara vəsiyyəti

sahabiUhud savaşı bitdikdən sonra Peyğəmbər Əfəndimiz (sallallâhu əleyhi və səlləm), şəhid və yaralılara nəzarət edilməsini əmr etmişdi. Xüsusilə aqibətini öyrənmək istədiyi bir səhabə var idi: “Sad bin Rəbi (radiyallahu anh).”
Allah Rəsulu (səllallahu əleyhi və səlləm), onu tapıb nə vəziyyətdə olduğunu öyrənməsi üçün əshabından bir nəfəri hərb meydanına göndərdi. Səhabə, Sad (ra)-ı nə qədər axtarsa da tapa bilmədi, nə qədər səsləsə də cavab ala bilmədi. Nəhayət son bir ümidlə:
“-Ey Sad! Məni Rəsulullah göndərdi. Allah Rəsulu (səv), sənin dirilər arasında mı, yoxsa şəhidlər arasında mı olduğunu Ona xəbər verməyimi əmr etdi. “Deyə yaralı və şəhidlərin olduğu tərəfə doğru səsləndi.
O sırada son anlarını yaşayan və cavab verməyə halı qalmayan Sad (radiyallahu anh), onu Allah Rəsulunun maraq etdiyi xəbərini eşidincə bütün gücünü toplayaraq cılız bir inilti halında:
“-Mən, Artıq ölülər arasındayam!” Deyə bildi. Aydındır ki, artıq o fani aləmləri seyr edirdi.
Səhabə, bu səsi eşidən kimi dərhal Sad (ra)-ın yanına qaçdı. Onu, bədəni qılınc zərbələriylə dəlik-deşik olmuş, sanki xəlbirə dönmüş bir vəziyyətdə gördü. Və ondan ancaq batıq bir səslə, pıçıltı halında bu müdhiş sözləri eşitdi:
“Vallahi, gözləriniz yumulub açıldığı müddətcə, Peyğəmbər Əfəndimizi düşmənlərdən qorumasanız, bunun nəticəsində də Ona bir müsibət çatmasına fürsət versəniz, sizin üçün Allah qatında irəli sürüləbiləcək heç bir bəhanə yoxdur!”
Sad bin Rəbi (ra)ın, ümmətə sanki bir vəsiyyət mahiyyətindəki bu sözləri, eyni zamanda fani həyata vəda sözləri oldu.

Mənbə:islamveihsan.com

Read Previous

Peyğəmbərimizin izi ilə hicrəti yaşayaq

Read Next

Afrikanın xristiyanlaşdırılması

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.