• 22 Dekabr 2024

SƏN DİNDAR OLANI SEÇ!

“Qadınla dörd şeydən biri ilə; malı, nəsil-nəcabəti, gözəlliyi və dini üçün evlənilər. Sən dindar olanı seç!” (Buxari, Nikah 15.)

Köklü və möhkəm bir ailə quruluşu millətin sağlamlıq və davamının təməl şərtidir. Bu səbəblə ailənin qurulmasından etibarən diqqət ediləcək xususlar Hz. Peyğəmbərin hədisində çox gözəl açıqlanmışdır. Biz bunlardan bir neçəsinə toxunmaq istəyirik.

Hədisimiz həyat yoldaşı seçərkən diqqətə alınan dörd ana xususu sıralamaqdadır və bunlardan ən əhəmiyyətli olanının dindarlıq olduğunu bildirməkdədir. Gözəlliyin, zənginliyin və nəcabətin həm keçici, həm də mənfi inkişafa, dava-dalaş və didişməyə səbəb xüsusiyyətlər olduğu dəfələrlə təcrübə edilmişdir. Ancaq “dindarlıq”, bütün bəşəri və dünyəvi xüsusiyyətlərin üstündə, hər bir şərtdə faydası olan və xoşbəxtliyə aparan bir xüsusiyyətdir. Dindar həyat yoldaşı və ailə bəzilərinin düşündüyü kimi yalnız çətin və dar zamanlar üçün deyil, xoşbəxt və sevincli zamanlar üçün də eyni dərəcədə lazımlı və etibarlıdır.

Hz. Peyğəmbərin bu xəbərdarlığı həqiqətən çox əhəmiyyətli və mənalıdır: “Kim bir qadınla yalnız nəsil-nəcabəti, şərəfi, etibarı üçün evlənərsə, Allah onu zəlil edər. Kim bir qadınla yalnız malına görə evlənərsə, Allah onu fəqir edər. Kim də gözünü haramdan qorumaq, ismət və namusunu mühafizə etmək, qohumu ilə əlaqələrini davam etdirmək üçün evlənərsə, Allah bu evliliyi iki tərəf üçün də xeyirli və uğurlu qılar” (Heysəmi, Məcməuz-zəvaid, IV,254.)

 “Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər.” (Furqan surəsi,74.) Bu ayədə “gözümüzün işığı (bəbəyi)” deyə xarakterizə edilən hərhalda dindar həyat yoldaşlardır. Xasiyyət gözəlliyi dindarlıqla dəstəkləndiyi halında, mütəmadi xoşbəxtlik səbəbi olar və bu isə əsil göz aydınlığıdır.

Read Previous

Qurana görə insanın dəyəri

Read Next

Qurtuluşa çatmış kimsə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.