• 26 Dekabr 2024

Qurtuluşa çatmış kimsə

Qurtuluşa çatanlar Qurani kərimdə “fələh”, “iflah”, “feyz” və “məfazə” qavramları ilə ifadə edilmişdir.

     Arzusuna nail olmaq mənasındakı “f-l-h” kökündən gələn “iflah” kəliməsi istədiyini əldə etmək, qurtuluşa çatmaq, qorxduğu şeydən və çətinlikdən qurtulmaq, axirətdə cənnətə qovuşmaq; “feyz” və “məfaz” isə bir şeyi əldə etmək, şerdən qurtulmaq deməkdir. Quranda qurtuluşa çatan kimsələr “muflih” (cəm-muflihun), “fəiz” (cəm-fəizun) olraq ifadə edilmişdir.

Bir insanın qurtuluşa çatması ilk öncə mömin olması lazımdır. Mömin olmaq qurtuluşa çatmanın ən başlıca şərtidir (muminun, 23/1). Digər şərtlər əlavə vəsflərdir.

    İndi isə Quranda “muflihun” və “fəizun” (qurtuluşa çatan kimsələrin hansı özəlliklərə sahib olduqlarına baxaq:

   -( şirk,küfür və və nifaqdan) təmizlənən kimsələr (Şəms,91/9).

   -Allaha qarşı gəlməkdən çəkinən möminlər (Bəqərə,2/189).

   -Səbirli möminlər (Ali İmran,3/200).

   -Malları və canlarıyla Allah yolunda çalışan möminlər (Tövbə,9/88).

   -Allaha yaxınlaşmağa yol axtaran möminlər (Maidə,5/35).

   – İçki,qumar,şans oyunları və bütlərdən uzaq duran möminlər (Maidə,5/90).

   -Allahın nemətlərini xatırlayan (nemətləri verənin Allah olduğunu bilən) möminlər (Araf,7/69)

   -Allahı çox zikr edən möminlər (Nur,24/31).

   -İbadət edən möminlər (Hacc,22/77).

   -Xeyir iş görən möminlər (Hacc,22/77).

   -Tövbə edən,Allaha yönələn möminlər (Nur,24/31).

   -Allahın verdiyi rizqi Allahın yolunda infaq edən möminlər (Bəqərə,2/4).

   -İnsanları xeyirə çağıran möminlər (Ali İmran,3/104).

   -Yaxşılığı əmr edib,pislikdən uzaqlaşdıran möminlər (Tövbə,9/71-72).

   -Peyğambərimizi dəstəkləyən və ona (dininə) kömək edən möminlər (Araf,7/157).

   -Qurana uyan möminlər (Araf,7/157).

   -Allaha və peyğambərinə itaət edən möminlər (Nisa,4/13).

   -Allahdan qorxan möminlər (Araf,7/157).

   -Xeyirli işləri ən gözəl şəkildə yerinə yetirən möminlər (Loğman,31/3-5).

   -Ləğviyyatdan (dünya və axirətdə faydası olmayan söz, fel və davranışdan) üz çevirən möminlər (Muminun,23/3).

   -Irzlarını qoruyan (zina etməyən) möminlər (Muminun,23/5).

   -Nəfsini cimrilikdən qoruyan möminlər (Haşr,59/9).

   -Allah yolunda savaşan (dövrümüzdə ən böyük savaş insanın öz nəfsi ilə mübarizəsidir) möminlər (Tövbə,9/100).

    -Fərz,vacib,sünnət və ədəblərinə riayət edərək,heç ara vermədən namazlarını qılan möminlər (Muminun,23/2,9).

   -Zəkat verən möminlər (Loğman,31/4-5).

   -Əmanətlərə və əhdlərə (Allaha və insanlara verdiyi sözlərə,sözləşmələrə) əməl edən möminlər (Muminun,23/8).

   -Allah tərəfdarı olan möminlər (Mücadələ,58/22).

   -Mizanda (əməllərin ölçüldüyü axirət tərəzisində) savabı ağır gələn möminlər (Araf,7/8).

   Bu şərtləri toplu olaraq dəyərləndirsək  “Qurtuluşa çatanlardan” ola bilmək üçün iman edib Allaha və Peyğambərinə (s.ə.s) itaət etmənin gərəkli olduğunu görərik. Allahu təala hər birimizi qurtuluşa çatmışlardan etsin.

Read Previous

SƏN DİNDAR OLANI SEÇ!

Read Next

ALLAH ÜÇÜN MÜSƏLMANLARIN BİR BİRİLƏRİNİ SEVMƏSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.