• 12 Noyabr 2024

Üç məscid tikilicək

RusiyaRusiya Müftilər Şurasının sədri: “Moskvada ən azı 1,5 milyon müsəlman yaşayır”

Rusiya paytaxtında üç yeni məscid tikiləcək. APA-nın məlumatına görə, bu barədə Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin bildirib.

Onun sözlərinə görə, hal-hazırda bu barədə Moskva meriyası ilə danışıqlar aparılır. Qaynutdin yeni məscidlərin paytaxtın Butova, Lyublina və Şosse Entüziazm rayonlarında inşa ediləcəyini söyləyib: “Moskvada ən azı 1,5 milyon müsəlman yaşayır. Bu sayı 10 ayrı bölgəyə bölsək, 150 min nəfərə bir məscid düşəcək. Buna böyük ehtiyac var”.

Paytaxt meriyasındakı mənbə bildirib ki, məscid tikintisi ilə bağlı danışıqlarda müsbət irəliləyiş var. Meriya paytaxtın 3 ayrı bölgəsində yeni məscid tikilməsinə müsbət yanaşır: “Lakin son qərar hələ verilməyib. Yerli sakinlərlə bununla bağlı müzakirələr aparılır”.

Rus millətçiləri isə yeni məscid tikintisinə qarşı çıxırblar. “Rus hərəkatı”nın lideri Aleksandr Belov yerli sakinlərin razılığı olmadan məscid tikintisinə başlamağın düzgün olmadığını bildirib: “Mən evimin yanında məscid tikilməsinin əleyhinəyəm. Xalqdan soruşmaq lazımdır ki, onlar buna razıdır, ya yox. Bu şəkildə problem daha sakit və sülh yolu ilə həll oluna bilər”.

Qeyd edək ki, bir müddət əvvəl Moskva meriyası paytaxtın Mitino bölgəsində MDB-nin ən böyük məscidinin tikintisi ilə bağlı qərarını ləğv edib. Buna səbəb həmin bölgədə yayaşayan vətəndaşların etirazı olub.

Read Previous

Məşhur ilahiyyatçı Bakıda mühazirə oxuyacaq

Read Next

Quran ən çox satılan kitabdır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.