• 23 Dekabr 2024

Yas ve Toy merasimlerimiz

yas_merasimleri_az_[1]Əziz möminlər, son zamanlar cəmiyyətimizdə yas və toy mərasimləri zamanı həddindən artıq ifrata və israfçılığa yol verilir. Eyni zamanda bu məclislərin çoxu dini dəyərlərə zidd təşkil edilir. Hazırda keçirilən yas və toy mərasimlərin bir çoxu  dini dəyərlərə söykənmir. Xususiylə yas mərasimlərimizdə bu hal daha çox özünü göstərir. Hüzün sahibi yaxının itirməsi ilə bərabər, başsağılığı verməyə gələnlərin “xəcalətindən” çıxmağın qayğısı ilə yüklənir. Bilmir ölüsünün, yoxsa qənd, çay, ət pulunun dərdini çəksin. Doğrudur ehsan kəliməsi hərfi tərcümədə “yaxşılıq etmək, gözəl iş görmək” mənasına gəlir. Onun inkansızlara, ehtiyacı olanlara yetim və kimsəsizlərə verilməsi müstəhab bəyənilən əməllərdəndir. Mahiyyətinə görə, ehsan bir kəlmə xoş söz,  bir stəkan çay  da ola bilər. Lakin bugun ki, mənada  İslamda təm-təraqlı yas süfrəsi açmaq, yeddi, qırx, cümə axşamları, ildönümü mərasimi keçirməyin heç bir əsası yoxdur. Bəzi hallarda isə vəfat edən şəxsin ailəsi özünü əziyətə salıb maddi və mənəvi təhlükəyə ataraq, süfrəyə növbənöv təamlar, meyvələr, şirniyyat düzüb özünü kimlərəsə göstərmək xatirinə borcla məclis təşkil edir. Halbu ki, bütün bu təmtarağa heç də ehtiyac yoxdur.  “Hətta nəyinki hüzn sahibi kimsənin süfrə açıb ehsan verməsi tam əksinə hüzn sahiblərinə yemək aparılmalıdır. Necə ki, Cəfər Təyyar şəhid olduqda Hz. Peyğəmbər (səs): “Cəfərin ailəsi üçün yemək hazırlayın! Çünki onlar belə vəziyyətdə yemək bişirə bilməzlər” buyurmuşdur.

Bunun üçün yas və toy mərasimlərinin təşkili məsələsində insanların təfəkkürü dəyişməlidir. İnsanların dini yöndən mariflənmləri lazımdır. Bu məsələdə hər birimizə xususiylə din xadimlərinin ağsaqqaların, imkanlı şəxslərin üzərinə də böyük iş düşür. İlk növbədə onlar yas və  toy mərasimlərini dini dəyərlərə zidd olmadan  israfa yol vermədən keçirərək hamıya nümunə olmalıdırlar. Əlbəttə ki, yas və toy mərasimlərinin necə keçirilməsi ilə bağlı  heç kim, kimlərəsə təzyiqlər edə bilməz. Lakin bu məsələdə insanlara İslamın tələblərini düzgün şəkildə çatdırmalıyıq. Dini nöqteyi nəzərdən vəfat edən müsəlman üçün vacib olan dörd əməl – qüsl, kəfən, cənazə namazı və dəfndir. Təəssüf ki, müasir dövrdə insanlar şəriətin bu hökmlərinin yerinə daha çox İslamda olmayan hərəkətlərə meyillənirlər.

Qəbirüstünün hazırlanmasında da ifrat dəbdəbə və təkəbbür nümayişi yas və toy mərasimlərindən heç də geri qalmır. Halbu ki, İslam qənaət, sadəlik dinidir, zahiri təmtərağı sevmir, bahalı məzar daşlarının, qəbirüstü abidələrin düzəldilməsi İslam normalarına tamamıyla ziddir. Rəvayətə görə  Peyğəmbərimiz (səs) süd qardaşı Osmanın məzarının üzərinə tanınmaq üçün öz əlləri ilə kiçik bir başdaşı qoymuş, bununla müsəlman qəbirlərinin sadə olması gərəkdiyini göstərmişdir. Şəriətə görə, əsas olan qəbrin 30-40 il müddətində tamamən torpağa qarışması və qəbiristan ərazisinin böyüyərək məkanı zəbt etməməsidir

Əziz müsəlmanlar, Nəticə olaraq bunları deyə bilərik ki, istər yas, istərsə də toy mərasimlərində həddindən artıq israfçılığa yol verilir. Daha dəqiq desək, sözügedən məsələdə ifrata varırıq. Ümumiyyətlə  israf və ifrat dəbdəbə Allah tərəfindən bəyənilməyən haldır.

   Təbi ki, israfçılıq toy mərasimlərində daha çox nəzərə çarpır. Toy süfrələrində beş, bəzən on çeşid yeməklərin, şirniyyatların verilməsi israfçılıqdır. O israfçlıq ki, İslam onu haram etmişdir. Müsəlmanın toyu hər yönüylə nə qədər sadə olsa bir o qədər bərəkətli və xeyirli olar. İslama görə ən xeyirli toy, halal dairəsində sadə və asan başa gələn toydur. Dəbdəbə, təmtaraq, içki və israfçılığın olduğu bir toyda xeyir, bərəkət və Allahın rizası yoxdur.  Necə ki, Uca  Allah israf edənləri sevməyəcəyini bir ayədə belə bildirir: “Ey Adəm oğulları! Hər ibadət vaxtı (namaz qılarkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!”[1] Ümumiyyətlə israfdan qətiyyətlə uzaq durmalıyıq.  Çünki israf nemətlərin itirilməsinə səbəbdir. İsraf hər bir fərdin, cəmiyyətin hətda dövlətin belə inkişafına ən böyük maniədir. İsraf olan yerdə inkişaf yoxdur. İsraf olan yerdə bərəkət yoxdur. Çox təəssüflə ifadə edək ki, ətrafımıza baxdığımızda hər yerdə xususi ilə yas və toy mərasimlərində israfçılıq dah çox görünməkdədir.

    Uca Allah cümlə müsəlmanları  israfçılıqdan qorusun! Xususiylə yas və toy mərasimlərimizi İslamın tələblərinə uyğun təmtəraq, dəbdəbə və israfçılıqdan uzaq sadə bir şəkildə keçirməyi  nəsib etsin!

http://minber.az/sohbetler/Yas _ve_Toy_merasimlerimiz.mp3

      23 Avqust 2013/ 15 Şəvval 1434

 

 



[1]Əraf, 31.

Read Previous

Misirdə çevrilişi dəstəklədi, müsəlmanların qəzəbinə səbəb oldu

Read Next

Günah mənə yaraşmır, amma əfv Sənə yaraşır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.