Səudiyyə Ərəbistanı kralının Misirdə baş verənləri və çevriliş tərəfdarlarını dəstəkləyən açıqlamalar verməsi və onlara maddi dəstək göndərməsi İslam dünyasını bərk qəzəbləndirib.
Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bəzi İslam ölkələri artıq Məkkənin idarəetməsinin Ərəbistandan alınaraq, başqa bir dövlətə verilməsi ilə bağlı tələblər irəli sürməyə başlayıblar.
Bildirilir ki, əks halda dünya müsəlmanları böyük cihad çağırışı ilə bu ölkəyə qarşı müharibə elan edərək, Səudiyyə krallığını hakimiyyətdən devirə bilər.