• 10 Dekabr 2024

Yaşlılara qayğı və mərhəmət

İbrət və hikmətlərlə dolu olan qocalıq dövrü, dünyada bizlərə verilmiş olan qısa ömrümüzün sanki payız çağıdır. Qocalıq həyat təcrübəsinin gələcək nəsilərə ötürüləcəyi bir dövrdür. Bu dövr, bəziləri üçün peşmanlıq və yeni bir başlanğıc, bəziləri üçün isə Uca Allahın rizasına daha da yaxın olma vaxtıdır. Həyatın ilk illərində olduğu kimi, qocalıq dövrü də insanların ən çox dəstəyə, qayğıya və şəfqətə ehtiyac duyduğu bir dövrdür. Peyğəmbərimiz (səv) həyatı boyu yaşlılara xüsusi diqqət göstərmişdir. Bizləri də bu fəzilətli davranışa sövq etmiş və yaşlı kəslərin duasını almağa təşviq etmişdir. Bir hədisi şəriflərində O (səv) belə buyurmuşdur: “Kiçiklərimizə mərhəmət etməyən və böyüklərimizə hörmət göstərməyən bizdən deyildir.” (Tirmizi, Birr və sıla, 15) “Bir gənc yaşlılığına görə qocabir nəfərə hörmət edərsə, Allah da qocalığında o kimsəyə hörmət etmək üçün birisini hazırlayar.” (Tirmizi, Birr və Kala, 75)

Bu bir həqiqətdir ki, yaşlılarımız bizim üçün mərhəmət və bərəkət vəsiləsidir. Onlarla nə qədər çox maraqlansaq, qocalığımızda cavan nəsildən bir o qədər hörmət və qayğı görərik. Böyüklərimizin, xüsusən də valideynlərimizin qayğısına nə qədər çox qalsaq, Rəbbimizin rizasına bir o qədər yaxın olacağıq.

Read Previous

Allah təmizdir, təmizliyi sevər.

Read Next

Yəhudi alimi Zeyd bin Sunənin müsəlman olması

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.