• 22 Noyabr 2024

YETKİNLİK YAŞINA ÇATMIŞ BİR QIZ AİLƏSİNDƏN GİZLİ EVLƏNƏ BİLƏRMİ?

images1Cavab: Həddi-büluğa çatmış bir qızın valideynlərindən xəbərsiz evlənməsi hənəfilərə görə etibarlı, hənəfilərdən başqa digər üç məzhəbə görə isə etibarsızdır. Onlar nikahda vəlinin icazəsini şərt qoşurlar. Bu mövzuda söykəndikləri ayeyi-kərimə və hədisi-şəriflər vardır. Belə ki, “Nur” surəsinin 32-ci ayəsindəki “Aranızda olan subay kişiləri və ərsiz qadınları evləndirin” xitabında “evlənsinlər” deyilməyib “evləndirin” deyilmişdir. Elə isə, bunu yerinə yetirən bir nəfər olmalıdır ki, o da vəlidir. Sözügedən üç məzhəbin istinad etdiyi başqa dəlillər də vardır. Onlardan bəziləri belədir:

Hz. Peyğəmbərimiz (s.ə.s.): “Hər hansı bir qadın vəlisinin icazəsi olmadan nikahlanarsa, onun nikahı etibarsızdır”, – buyurmuş və bunu üç dəfə təkrar etmişdir (Əbu Davud, Nikah, 18-19; Tirmizi, Nikah, 14). Digər bir hədisdə isə belə buyurulur: “Vəlisiz nikah yoxdur” (Əbu Davud, Nikah, 18-19; Tirmizi, Nikah, 14).

Nikahda vəlinin icazəsinin şərt olmaması, sadəcə, Hənəfi məzhəbinin rəyidir. İmamı-Əzəm Əbu Hənifə və onun tələbəsi İmam Əbu Yusif ağlı başında olub həddi-büluğa çatan bir qızın öz istəyi ilə evlənə biləcəyini, atasının və yaxud anasının icazəsini almasının vacib olmadığını bildirmişlər. Ancaq valideynlər sonradan kürəkənlərinin qızlarının tayı-bərabəri olmadığını görsələr, nikah müqaviləsini pozmaq hüququna sahibdirlər. Buradan aydın olur ki, Hənəfi məzhəbi də məsələni tamamilə “müstəqillik” çərçivəsində dəyərləndirib sərbəstlik vermir. Bundan əlavə, baxmayaraq ki, qızın atasından icazə alması vacib deyil, lakin məzhəbdə əsas olan rəylərdən biri də, əxlaqi cəhətdən valideynlərin xəbərdar olmasına ehtiyac vardır. Çünki ailə həyatının daha sonra sağlam formada davam etməsi və valideynlərlə övladlar arasında küskünlüyün olmaması üçün, xəbər vermək və onların razılığını almaq mühüm əhəmiyyət kəsb edir.

Xülasə, şahidlərin mövcud olması nikahın etibarlı olması üçün kifayət hesab olunsa da, nikahın elan edilməsi və vəlinin icazəsinin alınması hal-hazırda daha çox əhəmiyyətlidir. Çünki günümüzdə gizli evliliklərdən bir çox insan əziyyət çəkir və neçə-neçə valideynlərin övladları ilə araları dəymiş vəziyyətdədir. Məhz bu səbəbdən cəmiyyətdə müxtəlif problemlər yaşanmaqdadır. Halbuki, müsəlman cəmiyyəti alt-üst etmək üçün yox, sağlam bir cəmiyyət meydana gətirmək üçün evlənməlidir. Odur ki, övladlar evlənmək istədiklərində tələsməməli, hislərinə məğlub olmamalı, ağıllı hərəkət etməli, öz fikirləri ilə yanaşı, valideynləri ilə də məsləhət etməli, onların razılığını almalı və yaxınlarından xəbərsiz evlənməməlidir. Başqa sözlə, insanlar evlənərkən sırf özlərini düşünməməli, cəmiyyətin nüvəsi olan ailə qurumunu, orada böyüyüb başa çatacaq uşaqların gələcəyini və bütün bunların daim arxasında olan valideynləri də düşünərək evlənməlidirlər.

mənbə:

irfandergisi.com

Read Previous

Plastik əməliyyat, döymə və bu kimi məsələlərə İslamın baxışı

Read Next

Xocalı Faciəsi/Xütbə mp3

One Comment

  • yox evlenemmez

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.