• 20 Mart 2019

Əsl müflis kimdir?

muflis“Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!”(Nisa, 29)
Rəsulullah (səv) buyurdu:
“Şübhəsiz ki, ümmətimin müflisi bu kəslərdir: Onlar qiyamət günü Allahu Təalənin hüzuruna namaz, oruc və zəkat savabıyla gəldikdən sonra, kimə isə söydüyü, kimə isə zina böhtanı atdığı, kimin isə malını yediyi, kimin isə qanını tökdüyü və kimi isə döydüyü üçün yaxşılıqlarının savabı həmin o şəxslərə verilər. Üzərindəki qul haqqları bitmədən savabları qurtarar, haqq sahiblərinin günahları ona yüklnər və nəticədə cəhənnəmə atılar. “(Müslim, Birr, 59; Tirmizi, Qiyamət, 2; Əhməd, II, 303, 324, 372)
Qul haqqı yeməyin, axirətdəki kədərli aqibətini xəbər verən Allah Rəsulu (səv) belə buyurmuşdur:
“Bir qrup insanlar, Allahın mülkündən haqsız bir surətdə mal əldə etməyə çalışarlar. Halbuki bu, qiyamət günü onlara bir atəşdir, başqa bir şey deyildir. “(Buxari, Humus, 7)” Kimin üzərində din qardaşının isməti, namusu və ya malıyla əlaqədar bir zülm varsa, qızıl və gümüşün olmayacağı qiyamət günü gəlmədən əvvəl, o kimsəylə halallaşsın. Yoxsa özünün saleh əməlləri varsa, etdiyi zülm dəyərində savablarından alınar, (haqq sahibinə verilər.) Əgər yaxşılıqları yoxsa, zülm etdiyi qardaşının günahlarından alınaraq onun üzərinə yüklədilər. “(Buxari, Mezalim 10, Rikak 48)

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 44 dəfə.

calal calalov

Read Previous

Anlatdıqlarınız, qarşınızdakının sizi anladığı qədərdir

Read Next

MƏDƏNİYYƏTİMİZDƏ GƏNCLƏRİN YERİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir