• 23 Aprel 2019

Dostun şeytanın dostu oldu

dostBir zamanlar Həzrəti Ömər Allah rizası üçün özünə bir nəfəri qardaş elan etmişdi . O əsnada bu qardaşı Şam şəhərində yaşayırdı. Həzrətii Ömər onun halını soruşmaq üzrə Şamdan gələn bir kimsəni axtardı tapdı və qardaşının halını soruşdu. O şəxs də: “Qardaşın şeytana yoldaş oldu” dedi. Həzrəti-i Ömər “belə danışma” dedisə də adam sözünə davam edərək : “O, kebair (böyük günah) işləməyə başladı. İndi də içkiyə mübtəla oldu “dedi. Həzrəti-i Ömər də: “Buradan gedərkən mənə xəbər ver” dedi və onunla göndərmək üzrə Mömin Surəsinin bu ilk ayələrini yazdı:

“Ha, Mim!. Kitabın (Quranın) nazil edilməsi yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahdandır. Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur. Axır dönüş də Onadır! Allahın ayələri barəsində ancaq kafirlər mübahisə edər. (Ya Peyğəmbər!) Onların (indi) şəhərlərdə gəzib-dolaşmaları (ticarətdən böyük mənfəət əldə etmələri, cah-calal içində yaşamaları) səni aldatmasın! (Son mənzilləri mütləq Cəhənnəmdir!) Onlardan əvvəl Nuh qövmü, sonrakı (kafir) firqələr də (Ad, Səmud tayfaları və başqaları peyğəmbərlərini) təkzib etmiş, hər ümmət öz peyğəmbərlərini yaxalamağa (tutub öldürməyə) cəhd göstərmiş və haqqı yalana çıxartmaq məqsədilə boş sözlərlə mübahisə aparmışdılar. Buna görə də Mən onları əzabla yaxaladım. (Ya Peyğəmbər! Bir görəydin) Mənim cəzam necə oldu!” (Ğafir surəsi / 1 5)

Həzrəti-i Ömər bu ayələri yazdıqdan sonra onu tənqid edici mahiyyətdə bir neçə söz əlavə yazıb, o adamla göndərdi. Hz Ömərin qardaşı məktubu alınca ağlamağa başladı: “Allah doğrunu buyurdu, Ömər də mənə doğru yolu göstərdi” dedi. Tövbə etdi və halını düzəltdi.

Əbu Zərr radıyallahu anh deyir ki: “Qardaşın halını pozduğu zaman onu tərk etmə. İndi doğru yolu azdı isə bir müddət sonra öz yoluna qayıdar. Onun yaxşılığına çalış. ”

Bir mömin istiqamətini pozduğu zaman onunla əlaqə kəsilməyib dini məclislərə gətirilsə, onun düzəlmə ümid və ehtimalı vardır. Əgər əlaqə kəsilsə o kimsə günahında israr edər və əbədi olaraq qopmuş olar.

İslam qardaşlığı bir əqiddir. Bir yaxınlıq təmin və təsis edər. Bu qardaşlıq davam etdiyi zaman qarşılıqlı hüquqlar qüvvətlənər. Əqdin gərəyinə görə və əqdin şərəfi ölçüsündə vəfakarlık vacib olur. Vəfakarlık isə qardaşını kasıblıq zamanında tərk etməməkdir. Dini baxımdan kasıblıq isə dünyaca kasıblıqdan həm daha şiddətli, həm daha acı, həm zərəri daha böyükdür. Dinən istiqamətini pozan qardaşın mənəvi kasıb düşmüş və səndən kömək gözləyir. Başına bir fəlakət gəlmişdir. İmdat gözləməkdədir. Dininə bağlılığının zəifləməsi səbəbiylə mənəviyyatı fəsada uğramışdır. Belə bir kimsənin daim nəzarətdə saxlanması, tərk edilməməsi, biganə yanaşılmaması lazımdır. Nəzakətlə davranaraq o qardaşının qurtarılması üçün maksimum səy göstərilməlidir.

Mənbə:gencdergisi.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 104 dəfə.

calal calalov

Read Previous

Sual: İnternet aləmində Mesenger ve Facebook kimi şəbəkələr vasitəsiylə naməhrəmlərin yazışması, əlaqə saxlamasının hökmü nədir?

Read Next

Gənc qızlara nəsihətlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir