• 20 Mart 2019

MÖMİNLƏRİN ANASI HZ. AİŞƏ (RA)

YENIPeyğəmbərimiz Hz. Məhəmməd (səv)-e ilk iman edən onun ən sadiq yoldaşı Hz. Əbu Bəkr Sıddıqın qızı və Hz. Peyğəmbərin zövcəsi. Hicrətdən doqquz və ya on il əvvəl Məkkə-i Mükərrəmədə dünyaya gəldi. Anası Ümmi Ruman bint Amir ibn Umeyrindir. Hz. Aişə çox kiçik yaşlarında müsəlman olmuşdur.

Rəsulullah, ilk zövcəsi Hatîcetül Kübrâ anamız həyatda ikən başqa bir qadınla evlənməmişdi. Onun vəfatından sonra bir müddət daha evlənmədi. Rəsulullah (səv), Xədicə (ra) -in ölümünə çox kədərləndi. Osman ibn Mazunun xanımı Havle binti Hakim, Rəsulullaha gələrək Əbu Bəkr Sıddıqın qızı Aişə ilə evlənməsini təklif etdi. Sonra da Rəsulullah adına Əbu Bəkr (ra)-a gedərək qızı Aişəni istədi.

Hz. Aişənin Rəsulullaha nikâhlanmasi Hicrətdən iki və ya üç il əvvəl oldu. Qaynaqlar, bu evlilikdə Hz. Aişənin yaşının kiçik olduğunu qeyd etməkdədir. Nikah qıyılmasindan iki il qədər zaman keçdikdən sonra zifaf baş vermişdir. Hz. Aişənin o zaman doqquz və ya on bir yaşında olduğu rəvayət edilməkdədir. Aişə anamızdan rəvayət edilən bir hədisdə, Hz. Cəbrayıl Aişənin şəkilini ipək bir Hirkan içində Rəsulullaha gətirmiş və “Bu , sənin dünya və axirətdə zevcendir” demişdi. Hz. Peyğəmbər ( sas)-in bakirə olaraq nikâhladığı yeganə zövcəsi anamız Hz. Aişədir. Rəsulullah onu çox sevərdi. Ona “Hümeyra” ləqəbini vermiş və : “Dininizin yarısını bu Hümeyradan alınız” deyə buyurmuşlardır. Həzrəti Aişə, Mədinədə Peyğəmbərimizin müharibələrinə qatıldı və digər səhabə xanımları kimi hərbdə yaralıların müalicəsiylə şəxsən məşğul oldu. Uhud qəzasında kürəyində su və yemək daşıyıb kömək üçün həmişə Peyğəmbər əfəndimizin yanında qalmışdı. Hətta, peyğəmbərimizin Uhudda cürə daşlarıyla yaralanan mübarək üzlərinə, həsir yandırıb, külünü basaraq qanlarının dayanmasını təmin etmişdi. Hz. Aişə anamız bir ara Uhudda qılıncla cəbhəyə getmək istəmişsə də, Rəsulullah (səv) buna icazə verməmişdir.

Aişə anamız 14-15 yaslarinda ikən Benu Mustalik döyüşüne Rəsulullahla birlikdə qatıldı. Döyüşdən qayıdarkən tualet ehtiyacı üçün geridə qalması üzündən böhtana uğradı. Döyüşə qənimət üçün qatılan münafiqlər Hz. Aişəni, gecikməsi səbəbiylə, karvanın arxasından yanında səhabələrdən olan Safvan ilə birlikdə gəldiyini görüncə onu pis sözlərlə və çirkin bir iftira atmaqla ləkələməyə çalışdılar. Yolda bu dedi-qodulara bəzi müsəlmanlar da qarışdıqda Hz. Aişə (ra) çox kədərləndi. Mədinəyə gəlincə xəstələndi. Böhtan, dedi-qodu ətrafa yayılmışdı. Hərarəti yüksələrək yatağa düşdü. Bu vaxt onu çox da axtarmayan Rəsulullahdan icazə istəyərək atası Əbu Bəkirin evinə getdi. Orada bir müddət qaldı. Səbirlə gözlədi. Bu vaxt Rəsulullah digər xanımlarına və səhabədən ən yaxınlarına Aişənin vəziyyətinin nə ola biləcəyini soruşdu. Hamısı da Hz. Aişəni təmiz və günahsız olduğunu söylədilər. “Peyğəmbərini pisliklərdən qoruyan Cənabı Haqq, sizə belə bir seyi rəva görməz, səbrəyləyin” dedilər.

Aradan bir ay kimi uzun bir zaman keçənə qədər səhabələri ilə məsləhətləşməyi səbirlə davam etdirən Rəsulullah (səv), sonunda Hz. Əbu Bəkirin evinə uğradı. Hz. Aişəni, ata-anası və səhabədən bir xanımla ağlayarkən gördü: “Ya Aişə, sənin üçün mənə belə-belə dedilər. Əgər sən, dedikləri kimi deyilsensə; Allahu Təala yaxında sənin doğruluğunu təsdiq edər. Yox əgər bir günah işləmisənsə, tövbə və istiğfar et! Allahu Təala , günahına tövbə edənlərin tövbəsini qəbul edər” buyurdu. Rəsulullahın mübarək səsini eşidincə ağlamasın kəsən Hz. Aişə atasına baxıb cavab verməsini istədi. Hz. Əbu Bəkir və Aişənin anası belə söz-söhbətlərə və dedi-qodu edənlərə yalnız məəttəl qaldıqlarını söylədilər. Hz. Aişə isə: “Allahu təalaya and içirəm ki qulağınıza gələn sözlər hamısı yalandir, böhtandır.  Allah bilir ki mənim bir şeydən xəbərim yoxdur. Etmədiyim bir şeyə bəli dediyimdə özümə böhtan etmis olaram. Səbr etmək yaxşıdır. Onların söylədiyi şey üçün Allahu Təaladan kömək gözləyirəm” dedi. Hz. Aişə günahsız olduğu üçün, ürəyinin təmizliyi ilə və özündən əmin bir şəkildə bu sözləri söylədi.

Daha sonra hz. Aişə anamıza böhtan atılması və onun da tamamilə bu böhtandan uzaq olması barədə peyğəmbərimizə vəhy gəldi. Peyğəmbərimiz sevincli bir şəkildə Aişə anamıza səsləndi və: “Müjdələr olsun sənə ey Aişə! Allahu Təala səni təmizə çıxardı. Sənin pak olduğuna şahid oldu deyib Qurani Kərimdən  Nur surəsində olan 10 ayəni oxudu. Hz. Əbu Bəkir dərhal qalxıb qızı Aişədən başından öpdü, “Qalx, Rəsulullaha tesekkür et” dedi. Özü üçün ayə enəcəyinə ağılından keçirməyən hz. Aişə çaşqınlıq içərisində idi:”Xeyir qalxmaram ata vallahi qalxmaram. Allahu Təaladan başqasına şükr etmərəm. Həqiqətən, Rəbbim məni Ayət- i kərimə ilə təmizə çıxartdı” dedi. Amma, çox sevindi. böhtanda olanlar zamanla alçaq və zəlil oldular.

Peyğəmbərimiz (səv) 632-ci ildə Xəstələnincə son gününü Hz. Aişə anamızın evində keçirdi. Rəbiüləvvəl ayinin on ikinci bazar ertəsi günü günortadan əvvəl mübarək basi, hz. Aişə anamızın gögsüne yaslanmis olduğu halda vəfat etdi. Rəsulullahın vəfatından sonra Əshabi- kiram, hz. Aişə anamıza böyük hörmət göstərmişlər. Hz. Aişə də, səhabə içində, qırx ilə yaxın bir müddət daha yaşamış və bir çox hədis rəvayət etmişdir.

Hz. Aişənin bu son qırx illik həyatındakı ən əhəmiyyətli hadisə, Cəməl hadisəsidir. Hz. Osmanın qarışıqlıq çıxaran intriqaçı üsyankarlar tərəfindən şəhid edilməsindən sonra xəlifə olan Hz. Əli, qatilləri tapmaq və qisas almaq barəsində günün şərtləri içərisində səbirlə hərəkət etməyə qərar vermişdi. Bu yumşaq davranışdan istifadə edən üsyankarlar azğınlığını artıraraq pis əməllərinə davam etdilər.

Vəziyyət belə narahatlıq verici bir hal alınca Əshabi-kiramın böyüklərindən bir qismi ( Talha , Zübeyr …) Məkkəyə gedərək o sırada həcc üçün orada olan Hz. Aişəni ziyarət edib, hadisələrə əl qoymasını və özlərinə köməkçi olmasını istədilər. Hz. Aişə də tələsməmələrini, səbirlə bir küncə çəkilib Hz. Əliyə köməkçi olmalarını tövsiyə etdi. Əshabi-kiramın böyükləri də Hz. Aişənin tövsiyəsinə əməl edərək, əsgərləriylə İraq və Bəsrəyə getməyi uyğun gördülər. Hz. Aişəyə də ortalıq düzəlincəyə və xəlifəyə qovuşana qədər bizimlə birlikdə ol, bizə dəstək ver, çünki sən müsəlmanların anası və Rəsulullahın möhtərəm zövcəsisən, hər kəs səni sayar dedilər. Hz. Aişə də , müsəlmanların rahat etməsi və Əshabi-kiramın müdafiə etmək üçün onlarla birlikdə Bəsrəyə hərəkət etdi. Bu gedişi üsyankarlar, Hz. Əliyə (ra) başqa cür izah etdilər. Bu vaxt Hz. Əlinin də məcbur Bəsrəyə getməsini təmin etdilər. Hz. Əli də Bəsrəyə gəlincə Hz. Aişəyə bir xəbərçi göndərərək, hadisələr və yolculugu haqqındakı düşüncələrini soruşdu. Hz. Aişə, fitnəni önləmək və sülhü təmin etmək üçün Bəsrəyə gəldiyini, əvvəlcə qatillərin tapılmasını istədiklərini xəlifə Hz. Əliyə bildirdi. Bu görüsü Hz. Əli də uyğun görərək sevindi. Məmnun olan hər iki tərəf üç gün sonra birləşməyə qərar verdilər.

Bu baris xəbərini və məmnunluğu eşidən münafiqlər birləşməyə mane olmaq üçün, gecə qaranlıq düşüncə, hər iki tərəfə də ayri ayri əsgərlərlə hücum etdilər. Tərəflərə də: “Baxın, qarşınızdakılar sözündə durmadı” deyib bu gecə basqını ilə ortalığı qarışdırdılar. Qaranlıqda nəyə uğradıqlarını bilməyən müsəlmanlar hərb etməyə başladılar. Hər iki tərəf də qarşısındakını günahlandırırdı.

Bu hadisədə Hz. Aişənin ictihadı Hz. Əlinin ictihadına uyğun gəlməmişdi. Buna baxmayaraq qalib olan Hz. Əli, möminlərə analığı Quran – i Kerim ayəsi ilə sabit olan Hz. Aişəyə çox hörmətlər etdi. “Əlini sevmək imandandır”. Hədisini xəbər verən Hz. Aişə də Hz. Əlini çox sevərdi. Daha sonra Hz. Əlinin şəhadətindən kədərləndi və çox ağladı. Çünki , səhabələr bir-birlərini çox sevərdilər.

Həyatinin son dövrələrini müctəhid olaraq xüsusilə qadınlara məxsus hallara dair fiqhi hökmlərdə fətvalar verərək keçirdi. 676 -ci ildə Mədinə – i Münəvvərədə vəfat etdi. Cənazə namazını əshabələrdən olan Əbu Hureyre (ra) qıldırdı. Vəsiyyətlər üzərinə Mədinədə Baqi qəbiristanlığına dəfn edildi. Kiçik yaşlarda ikən hz. Aişənin təhsili və tərbiyəsi ilə şəxsən atası Hz. Əbu Bəkir (ra) maraqlanmışdır. Bütün möminlərin anası olan Aişə anamız daha kiçik yaşlarda ikən oxuma yazmağı öyrənmiş, zəkası və qabiliyyəti ilə ətrafının diqqətini çəkmişdir. Öyrəndiklərini unutmaz, əzbərdən təkrar edərdi. Yaddaşı çox güclü idi. Ağıllı, alimə, ədəb, iffət sahibi bir xanım idi. Bir çox mövzuları şeirlə izah edən sanatkârca bir ifadəyə sahib idi. Səhabələr, yaddaşına güvəndikləri və ayətlərlə övüldüyü üçün bir çox məsələni ondan soruşar və öyrənərdilər.

Hz. Aişə anamız atası Hz. Əbu Bəkir,Hz. Ömər, Hz. Osmanın xilafəti zamanında Hz. Peyğəmbərdən eşitdiklərini müsəlmanlara izah etdi. Davamlı oruc tutar və daim gecə namazı qılardı. Hz. Aişə fiqh və ictihadda qüvvətli görüşə malikdir. Fiqh elminin qurucularından sayılır. Dövrünün üstün alimlərindəndir.

Hz. Aişə, gözəl əxlaqlı, mərhəmət dolu, comərd və ibadətə düşkün, çox ağıllı bir səhabə idi. Ən görkəmli xüsusiyyəti isə İslama və elmə olan böyük xidməti idi. Müsəlman alimlər arasında məşhur bir rəvayətə görə fiqh və dini elmlərin dörddə birini Hz. Aişə nəql etmişdir.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 1. 315 dəfə.

calal calalov

Read Previous

PREZİDENT İSTEFA VERDİ

Read Next

QATİL ARİEL ŞARON NƏHAYƏT ÖLDÜ. BƏS GÖRƏSƏN ARİEL ŞARON KİMDİR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir