• 21 Sentyabr 2020

Riya

وَالَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ ۗ وَمَنْ يَكُنِ الشَّيْطَانُ لَهُ قَرِينًا فَسَاءَ قَرِينًا

Öz mallarını xalqa göstərmək (şöhrət qazanmaq) xətrinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da (Allah sevməz). Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir![1]

Cəmiyyətlərin ən böyük dərtlərindən və yolxucu xəstəliklərindən biri olan riya, insanın qəlbinin təbiətinə qarışmış, onun qəlbində yer tutmuşdur. Qurani Kərimin müxtəlif ayələrində riyanın yönləri və ondan qurtulmanın çarələri göstərilmişdir. Müalicəsi çətin olsa da, sağaldılması fərzdir. Bu xəstəliyin müalicəsinin çətin olmasının təməlində isə insanın balacalığından bəri ətrafında bu cür insanları görməsi və onların da dünya malına sahib olmasıdır. Xəstəliyi kökündən həll edəcək dərman, iman, elm və əməlin ixlas ilə qarışdırılmış tərkibdir. Məhz Quran da, riyakarlığı təhlil edib, ona çarə axtarıb, cəmiyyət həyatındakı təsirlərinə işarət etmişdir.

Riya görmək felindən gələrək, göstəriş, bir şeyi olduğundan başqa cür göstərmək, biri ilə görüşmək mənalarında işlədilir. Mövzumuzda, bir şeyi olduğundan başqa cür göstərmək, dünya mənfəəti üçün özünü axirətə yönəlmiş olaraq göstərmək, Allahın rizası üçün deyil, insanların qəlbində yer tutmaq üçün işlər mənası üzərində duracağıq. Qurana görə riyanın bəzi əlamətləri belədir; riyakarlar malını insanlara göstəriş olsun deyə sərf edərlər, qaxınc və əziyyət vericidir, qatı qəlblidir.

 Yuxarıda verilən ayələrdə də, bəyan edildiyi kimi, göstəriş üçün edilən yaxşılıqların  dini və əxlaqi qiyməti yoxdur. Bu cür davrananlara mənəvi mükafat verilməyəcəkdir. Onlar buna inanmazlar. Allah da onları sevməz. Belələrinin dostları şeytanlardır. Hal bu ki Allah müminlərdən ixlaslı olmağı istəyir.[2]

 Riyakarlar namazları ilə də göstəriş edərlər. Maun surəsində namazın önəminə diqqət yetirməyən, onu ciddi bir vəzifə kimi görmədikləri  bəyan edilməkdədir. Bir də ibadətlərində Allaha şirk qoşarlar, ibadətlərinin qarşılığını umarlar. “Şübhəsiz riya şirkdir” (Tirmizi, Nüzur 9) , “Əziz və Cəlil olan Allahın rizasını qazanmaya yarayan bir elmi, sırf dünya malı əldə etmək üçün öyrənən kimsə, qiyamət günü cənnətin qoxusunu almaz”(Əbu Davud, Elm 12) kimi hədislərdə riya haqqında xəbərdarlıqlar edilməkdədir.

 Riyakarlığın növlərindən ən böyüyü, ən təhlükəlisi imanda riya etməkdir ki, bunun da ən bariz təmsilçiləri münafiqlərdir. Cəmiyyəti içəridən gəmirən qurdlar kimidirlər. Hər dövrdə, hər cəmiyyətdə rastlanmaqdadır. Ən kiçik bir mənfəət müqabilində milləti, dövləti sarmaqdan çəkinməzlər. Quranın və Peyğəmbərimizin ifadələrində onların başlı başına buraxımadıqları bildirilməkdədir. Onlara şiddətli əzab vəd olunmaqdadır.[3] Axirətdəki halları kafirlərinkindən daha çətin olacaqdır.

 Ayrıca riyakarıq haqqı bərtəraf edən, batili ucaldan qorxunc işlərdəndir. Yalan yerə tərifləmək, alqışlamaq, insanı özünü bəyənməyə, kibirlənməyə aparar. Bizə lazım olan Allaha yaxınlaşmaq, Onun razılığını əldə etməkdir. Uca Allah bizi cəsur desinlər deyə şəhid olmaqdan, alim desinlər deyə  öyrənməkdən, hafiz desinlər deyə Quran əzbərləməkdən, comərd desinlər deyə infaq etməkdən qorusun!


[1] Nisa 4/38

[2] Ənfal 47

[3] Fatir 10

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 2 dəfə.

Qulu Məmmədov

Read Previous

Dünyanın bir günü Axirətin min ilindən daha xeyirlidir

Read Next

“Yanacağı insan və daşlar olan” Cəhənnəm